Droqba malyariyaya yoluxub
Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Droqba noyabrın 7-də “Liverpul”la keçirilən İngiltərə çempionatı matçı öncəsi özünü pis hiss etdiyini bildirib.
Ehtiyatda qalan forvard meydançaya yalnız ikinci hissədə daxil olub. Noyabrın 9-da o, qan analizi verib. Nəticədə Droqbanın malyariya olduğu müəyyənləşib. “Çelsi”nin baş məşqçisi Karlo Ançelotti 32 yaşlı oyunçunun bu xəstəliyə necə yoluxmasından xəbərsiz olduğunu bildirib.
Didye Droqbanın nə vaxt yaşıl meydanlara dönəcəyi məlum deyil. Noyabrın 10-da “Çelsi” İngiltərə çempionatı matçında “Fulhem”lə üz-üzə gəlməlidir. 11 turdan sonra “zadəganlar” 25 xalla liderdirlər.

726