“Xəzər Lənkəran”ın hücumçusunun beyni silkələnib
08 noyabr 2010 20:03 (UTC +04:00)

“Xəzər Lənkəran”ın hücumçusunun beyni silkələnib

Bu haqda Lent.az-a klubun həkimi Boris Xetaqurov məlumat verib.

Onun sözlərinə görə, kosta-rikalı hücumçuda orta ağırlıqlı beyin silkələnməsi aşkarlanıb. Ev şəraitində 3 gün dincələcək Parks dərmanlar qəbul edəcək. Daha sonra isə o, tədricən komanda ilə məşqlərə başlayacaq.

Xetaqurov noyabrın 8-də “Xəzər Lənkəran”ın digər zədəli futbolçularını da tibbi müayinədən keçirib. O bildirib ki, diz meniskindən əməliyyat olunan Emeka Opara 2 həftədən sonra kollektiv məşqlərə başlayacaq. Hazırda nigeriyalı hücumçu bərpa kursu keçir.

Dieqo Souzanın zədəsi isə ciddidir. Diz bağları qırıldığı üçün əməliyyat olunan braziliyalı yarımmüdafiəçi 3-4 aydan sonra məşqləri bərpa edə biləcək.

Qan-damar sistemində tromb yaranması üzündən bir müddət futboldan ayrı qalan Tural Cəlilov Mərkəzi Klinik Xəstəxanada müayinədən keçirilib. Cəlilovun artıq sağaldığı və fərdi məşqlərə başlaya biləcəyi açıqlanıb.

Gürcüstanlı müdafiəçi David İmedaşvili isə kollektiv məşqlərə başlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar