Azərbaycan yığmasına daha bir futbolçu çağırıldı
08 noyabr 2010 10:56 (UTC +04:00)

Azərbaycan yığmasına daha bir futbolçu çağırıldı

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin səfərdə Çernoqoriya ilə keçirəcəyi yoldaşlıq görüşü üçün hazırlıq prosesi dörd gün davam edəcək.

Baş məşqçi Berti Foqts əsas heyətə dəvət edilən futbolçuların sayını artırıb. Daha öncə millinin hazırlıq prosesinə ehtiyat heyətin oyunçusu kimi dəvət olunmuş Volodimir Levin əsas heyətə çağırılıb. Bununla da toplanışda əsas heyətdə 24, ehtiyat komandada isə 5 futbolçunun iştirak edəcəyi müəyyənləşib.

Qeyd edək ki, Çernoqoriya – Azərbaycan matçı noyabrın 17-də Podqoritsa şəhərində təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar