Bir ölkə yığması London olimpiadasından kənarlaşdırıldı
05 noyabr 2010 18:28 (UTC +04:00)

Bir ölkə yığması London olimpiadasından kənarlaşdırıldı

Lent.az-ın Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəsmi saytına istinadən verdiyi məlumata görə, buna qadın gimnast Hon Su Çjon haqda yalan bilgilərin verilməsi səbəb olub.

2003 – 2010-cu illərdə Çjonun təvəllüdü gah 1985, gah 1986, gah da 1989-cu il kimi göstərilib. Hazırda FİG-in saytında Hon Su Çjonun 9 mart 1989-cu ildə anadan olduğu göstərilib. Amma 2003-cü il Universiadasından öncə bu gimnastın təvəllüdü 9 mart 1985-ci il olub. Çjonun nə vaxt 1986-cı il təvəllüdlü idmançı kimi sifariş edildiyi isə məlum deyil.

KXDR gimnastının yaşı ilə bağlı maxinasiya faktı 16 – 24 oktyabrda Hollandiyanın Rotterdam şəhərində təşkil olunmuş dünya çempionatından az öncə aşkarlanıb. Noyabrın 7-də FİG KXDR gimnastlarını 30 gün müddətinə bütün yarışlardan kənarlaşdırıb, noyabrın 5-də isə onları 2 illik diskvalifikasiya edib. Cəza 6 oktyabrdan qüvvəyə minib və 5 oktyabr 2012-ci ildə başa çatacaq.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunları iyulun 27-dən avqustun 12-dək davam edəcək. KXDR yığmasının nümayəndələri 21 gün ərzində apellyasiya verə bilərlər. 2008-ci il Pekin olimpiadasında Şimali Koreya bir medal qazanıb. Qadınlar arasında keçirilən yarışda Hon U Çjon dayaqla tullanma növündə qızıl medala sahib çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42
Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?

16 may 2025 , 14:18