Zidan bacısını söyən futbolçu ilə barışdı
Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, bu, noyabrın 3-də Milandakı otellərdən birində baş verib.
Oteldə oyunçular təsadüfən görüşüblər. Zidanla Materatsi bir-biri ilə söhbətləşdikdən sonra qucaqlaşıblar. Fransa yığmasının sabiq yarımmüdafiəçisi hazırda “Real”ın prezidenti Florentino Peresin məsləhətçisi kimi çalışır. Noyabrın 3-də “kral klubu” İtaliyada “Milan” komandası ilə Çempionlar Liqası matçına çıxıb. İspaniya təmsilçisi ilə Milana yollananlar arasında Zidan da olub. Materatsi isə madridlilərin qaldığı otelə baş məşqçi Joze Mourinyo ilə görüşmək üçün gəlib. Hazırda “İnter”də çıxış edən müdafiəçi bu klubda iki ilədək Mourinyonun rəhbərliyi altında oynayıb.
Zidanla Materatsi əvvəlcə bir-biri ilə soyuq görüşüblər. Sonradan futbolçular bir müddət söhbətləşiblər və vida öncəsi qucaqlaşıblar. Onların söhbətinin məzmunu məlum deyil.
Qeyd edək ki, 2006-cı il dünya çempionatında İtaliya və Fransa milliləri arasında keçirilmiş final matçında Zinəddin Zidan Marko Materatsinin sinəsinə kəllə atdığı üçün meydançadan qovulub. Əsas vaxtı 1:1 hesabı ilə nəticələnən oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. İtaliyalı futbolçular, o cümlədən Materatsi penalti zərbəsini daha dəqiq yerinə yetirərək, dördqat dünya çempionu olublar. Sonradan Zidan hərəkətini italiyalı rəqibinin onu təhqir etməsi ilə əsaslandırıb. Materatsi uzun müddət danışmasa da, yekunda fransalının bacısını təhqir etdiyini söyləyib və üzr istəyib.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22