Milli komandanın kapitanı hakimi itələdiyi üçün cəzalandırıldı
05 noyabr 2010 13:30 (UTC +04:00)

Milli komandanın kapitanı hakimi itələdiyi üçün cəzalandırıldı

Lent.az-ın məlumatına görə, insident oktyabrın 16-da “Bordo”nun 1:0 hesabı ilə qalib gəldiyi “Oser”lə səfər qarşılaşmasında baş verib.

Həmin matçın ikinci yarısında Diarra meydançadan qovulub. Baş hakim Vilfrid Byan yarımmüdafiəçiyə sarı vərəqə göstərib. Fransalı oyunçu isə hakimin qərarı ilə razılaşmayıb. O, iki əli ilə Byanın sinəsindən itələyib. Bundan sonra referi Diarraya ikinci sarı vərəqə göstərərək, meydançadan kənarlaşdırıb.

Oktyabrın 21-də futbolçu müvəqqəti diskvalifikasiya edilib. Onun cəzalandırılması haqda yekun qərar noyabrın 4-də çıxarılıb. Diarra 6 oyunluq cəzanın 3-ünü “Brest” və “Monako” ilə ölkə çempionatı, “Sent-Etyen”lə isə Fransa Liqa Kuboku qarşılaşmalarında çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar