“Qalatasaray”ın vitse-prezidenti Bakıda
03 noyabr 2010 19:44 (UTC +04:00)

“Qalatasaray”ın vitse-prezidenti Bakıda

Bu haqda Lent.az-a “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib.

Onun sözlərinə görə, səfərdə əsas məqsəd “Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi vəzifəsindən ayrılaraq, klub rəhbərliyindən xəbərsiz “Qalatasaray”da eyni vəzifənin icrasına başlayan italiyalı mütəxəssis Covanni Melkiorre ilə bağlı anlaşılmazlığı çözməkdən ibarətdir. Əşrəfoğlu Melkiorrenin 2011-ci il iyunun 30-dək müqavilə ilə flaqmana məxsus olduğunu xatırladıb.

Bununla yanaşı, “Neftçi” və “Qalatasaray” arasında ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivlərinə dair danışıqlar aparılacaq. Bura iki komandanın qış hazırlıq dövründə yoldaşlıq görüşündə üz-üzə gəlməsi, “Neftçi” məşqçilərinin və futbolçularının “Qalatasaray”ın düşərgəsində təcrübə keçməsi kimi məsələlər daxildir. Bütün bunlara Adnan Sezginin “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşündə aydınlıq gələcək.

Qeyd edək ki, Covanni Melkiorre “Qalatasaray”ın yeni baş məşqçisi Adnan Sezginin istəyilə bu komandada fiziki hazırlıq üzrə məşqçi kimi işə başlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar