“Xəzər Lənkəran” “Neftçi”nin keçmiş bazasında
“Xəzər Lənkəran” klubu futbol üzrə Unibank Premyer Liqasının XII turunda səfərdə “Qəbələ” ilə keçirəcəyi oyuna əzəli rəqibi “Neftçi”nin keçmiş bazasında hazırlaşır. Bu haqda Lent.az-a klubun rəisi Səməd Mustafayev məlumat verib.
Mustafayev hazırda Olimpiya yığmalarının Təlim-Məşq bazası adlandırılan idman qurğusunu seçmələrini belə izah edib: “Bizim “Qəbələ” ilə oyunumuz süni örtüklü meydançada keçiriləcək. Bu baza da süni örtüklüdür. Ona görə də Qəbələdəki matçımıza burada hazırlaşmağı məqsədəuyğun saydıq”.
Oktyabrın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikdən sonra “Xəzər Lənkəran” Bakını tərk etməyib. Elə o vaxtdan “Neftçi”nin keçmiş bazasında hazırlıq keçən baş məşqçi Mirça Rednikin komandası Qəbələyə noyabrın 4-də yollanacaq.
Mustafayev zədəlilərdən David İmedaşvilinin artıq komanda ilə birgə məşqlərə başladığını da bildirib. Emeka Opara ilə Dieqo Qusmao isə Bakıda müalicələrini davam etdirirlər.
Qeyd edək ki, noyabrın 6-da keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçı saat 14:00-da başlanacaq.
Elşən

1265