Zlatko Krançar: “Azərbaycan yığması ilə oyun bizim üçün ciddi sınaq olacaq”
Lent.az-ın məlumatına görə, bu sözləri futbol üzrə Çernoqoriya milli komandasının baş məşqçisi Zlatko Krançar “Vijesti” nəşrinə müsahibəsində deyib.
54 yaşlı mütəxəssis bildirib ki, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində 4 oyuna 10 xal toplamalarına baxmayaraq, yoldaşlıq matçına arxayın çıxmaq olmaz. Xorvatiyalı baş məşqçinin fikrincə, millimizlə qarşılaşmaya peşəkarcasına yanaşmaq lazımdır: “Azərbaycan yığması yaxşı futbolçulara malikdir. Biz eyni tempdə davam etməliyik”.
Qeyd edək ki, Çernoqoriya və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü noyabrın 17-də Podqoritsa şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

706