Unibank Premyer Liqası Bakının açıq çempionatına çevrilir
02 noyabr 2010 19:00 (UTC +04:00)

Unibank Premyer Liqası Bakının açıq çempionatına çevrilir

Lent.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdamın “Qarabağ” klubunun ardından Zaqatalanın “Simurq” komandası da rəqibini Bakıda qəbul etməyə qərar verib.

“Simurq” rəhbərliyinin AZAL-la ev oyununa “Şəfa” stadionunda çıxmaq istəyilə PFL-ə ünvanladığı müraciəti qurumun prezidenti Ramin Musayev müsbət cavablandırıb. Lakin Zaqatalada stadionu olduğu halda, baş məşqçi Qyoko Hacievskinin komandasının rəqibini paytaxtdakı “Şəfa” stadionunda qəbul etməsinin səbəbi açıqlanmayıb. Digər tərəfdən, AZAL da ev oyunlarını “Şəfa”da keçirir. Buna görə də “təyyarəçilər” bir növ öz evində qonaq qismində meydançaya çıxacaqlar.

Qeyd edək ki, Unibank Premyer Liqasındakı 12 klubdan 5-i – “Neftçi”, “Bakı”, “İnter”, AZAL və MOİK rəsmən paytaxtı təmsil edir. “Qarabağ” Ağdam komandası olsa da, cari mövsümdən etibarən Quzanlı Olimpiya Kompleksinin stadionunda oynamaqdan imtina edib. Hazırda bu komanda da “Neftçi” və “Bakı” kimi rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir. Məhz mərkəzi arenada “Qarabağ”ın da oyunu olacağından, PFL-in XII turun qarşılaşmalarını eyni gündə keçirilmək istəyi baş tutmayıb.

5 noyabr (cümə)

14:00. “Qarabağ” (Ağdam) – MOİK (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu.

6 noyabr (şənbə)

14:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu.

16:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu.

14:00. “Muğan” (Salyan) – “Turan” (Tovuz)
Salyan Olimpiya Kompleksinin stadionu.

14:00. “Gəncə” – “Bakı”
Gəncə şəhər stadionu.

14:00. “Simurq” (Zaqatala) – AZAL (Bakı)
“Şəfa” stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar