Rauf Mehdiyev Jaba ilə toqquşmasından danışdı
02 noyabr 2010 14:54 (UTC +04:00)

Rauf Mehdiyev Jaba ilə toqquşmasından danışdı

Lent.az-ın məlumatına görə, bu haqda 34 yaşlı qolkiperin özü klubun rəsmi saytına açıqlama verib.

O bildirib ki, rəqib hücumçu Jaba ilə toqquşarkən, dizində ağrılar hiss edib. Həkim müayinəsi nəticəsində isə zədənin ciddi olmadığı üzə çıxıb. Mehdiyev noyabrın 3-dən komandası ilə birgə məşqlərə başlayacaq.

“Neftçi”nin qapıçısı “Bakı” ilə görüşün çox ağır keçdiyini də əlavə edib: “Bakı” bizə qarşı xüsusi motivasiya ilə meydana çıxmışdı, çünki bu oyun onlar üçün son şanslardan biri idi. Mətbuatda yazırdılar ki, "Bakı" bizi məğlub edəcək, ancaq özümüzü toparlayıb bütün gücümüzlə oynadıq və bunun nəticəsi idi ki, qələbə qazanaraq liderliyi əldən vermədik”.

Qeyd edək ki, oktyabrın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə “Neftçi” “Bakı”nı 2:0 hesabı ilə məğlub edərək, ilk dövrəni lider kimi tamamlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar