Çernoqoriya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
02 noyabr 2010 13:09 (UTC +04:00)

Çernoqoriya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı

Futbol üzrə Çernoqoriya milli komandasının Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Lent.az-ın Çernoqoriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Zlatko Krançar 22 oyunçuya dəvət göndərib.

Hələ oktyabrın 12-də İngiltərə ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra Krançar millimizlə görüşə daha az təcrübəyə malik futbolçuları çağıracağını söyləmişdi. Lakin 54 yaşlı xorvatiyalı mütəxəssis fikrini dəyişib. O, cari seçmə tsikldə Çernoqoriyanın keçirdiyi ilk 4 qarşılaşmada iştirak etmiş futbolçuların əksəriyyətini yığmamızla matça da dəvət edib. Onların arasında İtaliyanın “Roma” klubunda çıxış edən hücumçu Mirko Vuçiniç də var.

Çernoqoriya yığması komandamızla oyunun hazırlıq prosesinə noyabrın 14-dən start verəcək. Görüş isə noyabrın 17-də Bakı vaxtı ilə saat 16:00-da Podqoritsa şəhər stadionunda baş tutacaq.

 

Adı və soyadı

Klubu

Təvəllüdü

oyun

qol

Mövqeyi

1.

Mladen Bojoviç

“Fehervar” (Macarıstan)

01.08.1984.

13

-

qapıçı

2.

Srdan Blajiç

“Standard” (Lyej, Belçika)

26.11.1981.

1

-

qapıçı

3.

Savo Paviçeviç

“Makkabi” (Təl-Əviv, İsrail)

11.12.1980.

23

-

müdafiəçi

4.

Marko Başa

“Lokomotiv” (Moskva,Rusiya)

29.12.1982.

11

1

müdafiəçi

5.

Miodraq Cudoviç

“Spartak” (Nalçik, Rusiya)

06.09.1979.

13

1

müdafiəçi

6.

Milan Yovanoviç

“Spartak” (Nalçik, Rusiya)

21.07.1983.

23

-

müdafiəçi

7.

Stefan Saviç

“Partizan” (Serbiya)

08.01.1991.

3

-

müdafiəçi

8.

Jarko Tomaşeviç

“Nasional” (Portuqaliya)

22.02.1990.

2

-

müdafiəçi

9.

Radoslav Batak

“Moqren”

15.08.1977.

20

1

müdafiəçi

10.

Luka Pejoviç

“Moqren”

31.07.1985.

19

-

müdafiəçi

11.

Milorad Pekoviç

“Groyter” (Almaniya)

05.08.1977.

21

-

yarımmüdafiəçi

12.

Elşad Zverotiç

“Lütsern” (İsveçrə)

31.10.1986.

21

1

yarımmüdafiəçi

13.

Mitar Novakoviç

“Amkar” (Rusiya)

27.09.1981.

17

-

yarımmüdafiəçi

14.

Vladimir Bojoviç

“Rapid” (Buxarest, Rumıniya)

13.11.1981.

22

-

yarımmüdafiəçi

15.

İvan Fatiç

“Çezena” (İtaliya)

21.08.1988.

4

-

yarımmüdafiəçi

16.

Simon Vukçeviç

“Sportinq” (Portuqaliya)

29.01.1986.

25

1

yarımmüdafiəçi

17.

Mladen Kaşçelan

“Yagelloniya” (Polşa)

13.02.1983.

12

-

yarımmüdafiəçi

18.

Mirko Vuçiniç

“Roma” (İtaliya)

01.10.1983.

22

11

hücumçu

19.

Radomir Caloviç

“Riyeka” (Xorvatiya)

29.11.1982.

19

6

hücumçu

20.

Fatoş Beçiray

“Dinamo” (Zaqreb, Xorvatiya)

05.05.1988.

9

-

hücumçu

21.

Andriya Delibaşiç

“Rayo Valyekano” (İspaniya)

24.04.1981.

7

1

hücumçu

22.

Deyan Damyanoviç

“Seul” (Cənubi Koreya)

27.07.1981.

7

2

hücumçu


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar