“Bavariya”nın daha bir lideri sıradan çıxdı
02 noyabr 2010 10:40 (UTC +04:00)

“Bavariya”nın daha bir lideri sıradan çıxdı

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumçu ABŞ klinikalarından birində əməliyyat olunacaq.

Bunadək “Bavariya” daha bir neçə liderini itirib. Yarımmüdafiəçi Aryen Robben və Frank Riberi, hücumçu Miroslav Kloze də müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, İvitsa Oliç 2009-cu ilin yayında azad agent kimi “Bavariya” ilə müqavilə bağlayıb. O, ötən mövsüm Almaniya çempionatında 29 matçda 11 qol vurub. 2010-2011-ci il mövsümündə isə Oliç 6 görüşə çıxsa da, fərqlənə bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar