“İnter”in 3 futbolçusu “Simurq”dan qovuldu
02 noyabr 2010 09:20 (UTC +04:00)

“İnter”in 3 futbolçusu “Simurq”dan qovuldu

Lent.az-ın “Simurq”un rəsmi saytına istinadən verdiyi məlumata görə, buna hər üç futbolçunun Unibank Premyer Liqasının XI turunda “İnter”lə görüşə çıxmaqdan imtina etmələri səbəb olub.

Komandanın bəyanatında deyilir: “İnter”dən icarəyə götürülən və hazırda müqavilə ilə “Simurq”a məxsus olan Paulius Paknis, Baçano Tsxadadze və Tofiq Mikayılovla bağlanmış müqavilənin 3.1.1 və 3.1.2-ci maddələrinə əsasən, qeyri-peşəkarlıq göstərərək hazırda məxsus olduqları komandanın formasına hörmətsizlik edərək Unibank Premyer Liqasının X1 turu çərçivəsində "İnter"lə oyuna cıxmaqdan imtina etdiklərinə görə,"Sİmurq" rəhbərliyinin qərarına əsasən hər üç futbolçu komandadan xaric ediliblər”.

Qeyd edək ki, qovulan futbolçulardan biri – Baçano Tsxadadze “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin oğludur. Oktyabrın 26-da 23 yaşını qeyd etmiş oyunçu Unibank Premyer Liqasının I dövrəsi ərzində 5 qola imza atıb. “Simurq” - “İnter” matçı qonaqların qələbəsi ilə nəticələnib – 1:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar