“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş noyabrın 5-də saat 14:00-da baş tutacaq.
Əslində növbəti turun bütün matçları noyabrın 6-da keçirilməli idi. Amma həmin gün Respublika stadionundan yararlanan daha bir klub – “Neftçi” “İnter”i qəbul edəcəyindən, “Qarabağ” MOİK-i bir gün tez sınağa çəkəcək.
Ağdam komandası bu oyuna 5 zədəli futbolçu itkisi ilə hazırlığa başlayıb. Əfran İsmayılovun durumu məlum olsa da, Emin İmaməliyev və Maksim Medvedev “Xəzər Lənkəran”la oyundan qabaq yenidən sıradan çıxıb. Samir Abasovun isə boyun fəqərələrində problem var.

510