Azərbaycan şahmatçıları dünyanı mat qoydu - FOTO
Lent.az-ın məlumatına görə, Azərbaycan şahmatçıları yarışı 3 qızıl medalla başa vurublar.
8 yaşlılar arasında Avropa “qızıl”ını qazanmış Abdulla Qədimbəyli dünya çempionatında da eyni əyarlı medala sahib çıxıb. O, 9.5 xalla çempionatı vahid lider kimi başa vurub. 14 yaşlı oğlanlar arasında 9 xalla İzzət Kənan çempionluq sevincini yaşayıb. 18 yaşadək qızlar arasında Nərmin Kazımova yekunda aktivinə 9 xal yaza bilib. O, Perulu şahmatçı Kori Deysi ilə eyni xalı toplasa da, əlavə əmsallara görə rəqibini qabaqlayaraq qızıl medal qazanıb.
Azərbaycan millisi Dünya çempionatında 3 qızıl medal qazanan yeganə ölkə olub. Başqa sözlə, yığmamız ümumi komanda hesabında I yeri tutub. Üstəlik, Gəncə şahmat məktəbinin yetirməsi Ayaz Məmmədov beynəlxalq usta normasını yerinə yetirib.
Qeyd edək ki, müstəqillik illərindən indiyədək şahmatçılarımız Vətənə medalsız dönməyiblər. Bundan öncə şahmatçılarımız Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında 4 medal (3 qızıl, 1 gümüş – Abdulla Qədimbəyli, 8 yaş, qızıl; Ülviyyə Fətəliyeva, 14 yaş, qızıl; Vasif Durarbəyli, 18 yaş, qızıl; Xəyalə Abdulla, 18 yaş, bürünc ; ) qazanmışdılar.

934