Serbiya İtaliyaya qolsuz məğlub oldu
29 oktyabr 2010 18:59 (UTC +04:00)

Serbiya İtaliyaya qolsuz məğlub oldu

UEFA Avro-2012-nin seçmə mərhələsində sonacan oynanılmayan İtaliya – Serbiya matçı ilə bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi serblərə 0:3 hesablı texniki məğlubiyyət verib.

Bundan əlavə, Serbiya Futbol Federasiyası 120, İtaliya Futbol Federasiyası isə 100 min avro cərimələnib. İki ildə belə insident təkrarlanarsa, bu komandalar oyunlarını azarkeşsiz keçirəcək. Hər iki federasiya UEFA-nın qərarı ilə bağlı yaxın 3 gündə apelyasiya vermək hüququna malikdir.

Qeyd edək ki, Genuya şəhərindəki oyunda serb fanatların tribunalardakı yaratdığı qarışıqlığına görə artıq ilk dəqiqələrdə yarımçıq dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar