Bakıda ETU-nun Baş Assambleyası keçirilib
Lent.az-ın məlumatına görə, 32 ölkənin qatıldığı toplantı ETU-nun prezidenti Atanasios Praqalosun sədrliyi ilə baş tutub.
İclasda ötən dövr ərzində qurumun gördüyü işlərin hesabatı dinlənilib. Eyni zamanda ETU-nun 2010-cu il üçün büdcəsi də təsdiqlənib. İclasda Malta nümayəndəsi qurumun növbəti prezident seçkisinin 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra keçirilməsini təklif etsə də, bu, qəbul olunmayıb. Toplantı iştirakçıları ETU-nun nizamnaməsinə uyğun olaraq, növbəti seçkinin 2011-ci ildə keçirilməli olduğunu bildiriblər.
İspaniya Taekvondo Federasiyası isə gələn il keçiriləcək yarışların vaxtında dəyişiklik edilməsi təklifini irəli sürüb. Lakin bu təklif də qəbul olunmayıb.
Qeyd edək ki, bu toplantıda Ümumdünya Taekvondo Federasiyasının (WTF) rəhbərliyində təmsil olunan 3 ölkənin - İspaniya, Fransa və Yunanıstanın taekvondo federasiyasının rəhbərləri ETU İcraiyyə Komitəsinə üzv qəbul olunub. Növbəti Baş Assambleyanın isə 2011-ci ildə keçirilməsi qərara alınıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu oldu
27 aprel 2025 , 22:09
“Liverpul” İngiltərə çempionu oldu
27 aprel 2025 , 22:07
"Milan" qalib gəldi, "İnter" uduzdu
27 aprel 2025 , 21:06
“Barselona” kubokun sahibi oldu
27 aprel 2025 , 02:50
"Barselona" Levandovskinin yerinə hücumçu tapdı
26 aprel 2025 , 18:20
Ərəb klubları və "Mançester Yunayted" bu hücumçu üçün yarışa girdi
26 aprel 2025 , 13:28
“Barselona” yeni mərkəz müdafiəçisi alır - RAZILAŞDILAR
26 aprel 2025 , 09:36