Olimpiadada ölən idmançıya ali orden verildi
28 oktyabr 2010 17:53 (UTC +04:00)

Olimpiadada ölən idmançıya ali orden verildi

Lent.az-ın məlumatına görə, orden oktyabrın 28-də idmançının doğulduğu Bakuriani şəhərində onun adını daşıyan xatirə lövhəsinin önündə Kumaritaşvilinin ailəsinə təqdim ediləcək.

Mərhum kirşəsürənin əzizlərinə ordeni İOC-un rəsmi nümayəndəsi Pamela Vaypond, Beynəlxalq Kirşəsürmə İdmanı Federasiyasının (FİL) prezidenti Jozef Fendt və bu təşkilatın vitse-prezidenti Gerald Steyrer verəcək.

Qeyd edək ki, 21 yaşlı Nodar Kumaritaşvili fevralın 12-də Uistlerdəki olimpiya trasında məşq vaxtı ölüb. O, sürətlə hərəkət edən kirşəsindən aralanıb və dəmir hasara çırpılıb. Təşkilatçılar yerindəcə keçinən Kumaritaşvilinin ölümünü onun özünün səhvi ilə əlaqələndiriblər. Kanada polisi kirşəsürənin ölümünü bədbəxt hadisə adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar