“Xəzər Lənkəran” tarixində qeyri-adi hadisə
Lent.az-ın məlumatına görə, 34 yaşlı hücumçu karyerasında ilk dəfə “Xəzər Lənkəran” klubunun kapitanı kimi meydana çıxıb.
O, “ağ-yaşıllar”ı meydançaya çıxaran 17-ci futbolçu kimi tarixə düşüb. Bununla da Lənkəran komandası tarixində qeyri-adi hadisə yaşanıb. İndiyədək “Xəzər Lənkəran”ın 6 illik tarixi ərzində iki qardaş kapitan qeydə alınmayıb. Xaqaninin kiçik qardaşı Füzuli Məmmədov da vaxtilə sarğı ilə meydana çıxıb. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”ın kapitanları siyahısında iki qardaşa təsadüf olunur. Belə hadisə isə dünyada heç də hər gün rast gəlinən fakt deyil. Çox nadir hallarda komandalarda kapitan qardaşlar tapmaq olar.
Füzulu Məmmədov 2008/2009-cu il mövsümündə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində NBC (indiki “Muğan”) ilə oyunlarda meydançaya kapitan kimi çıxıb. 2008-ci il oktyabrın 30-da Lənkəranda və noyabrın 6-da Salyanda baş tutan görüşlərin hər ikisində Məmmədov və komanda yoldaşları eyni hesabla qalib gəliblər - 3:0.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində bütün rəsmi yarışlarda 236 oyun olsa da, bunların biri baş tutmayıb və komandaya “Şəfa” ilə matçda (2004/2005-ci il mövsümü) texniki qələbə verilib. Daha iki matçın isə nəticəsi ləğv olunduğundan, həmin görüşlərdəki kapitanlıqlar nəzərə alınmayıb. Digər 234 qarşılaşmada isə ən çox kapitan sarğısını daşıyan Mahmud Qurbanov olub.
“Xəzər Lənkəran”ın bütün kapitanları
1 Mahmud Qurbanov 59
2 Kamran Ağayev 46
3 Emin Quliyev 25
4 Samir Əliyev 24
5 Zaur Ramazanov 23
6 Dmitri Kramarenko 19
7 Arif Əsədov 14
8 Elmar Baxşıyev 10
9 Bəxtiyar Musayev 4
10-12 Alim Qurbanov 2
Füzuli Məmmədov 2
Junior Osvaldo 2
13-17 Aleksandr Martyoşkin 1
Ədəhim Niftəliyev 1
Rəşad Abdullayev 1
Rahid Əmirqulıiyev 1
Xaqani Məmmədov 1

926