Azərbaycan millisinin Lənkəranda qəbul edəcəyi yığmalar müəyyənləşdi
Bu haqda Lent.az-a stadionun direktoru Höccət Hacıyev məlumat verib.
Hacıyevin sözlərinə görə, bu yaxınlarda FİFA nümayəndələri ilə birgə Lənkərandakı stadionda olan AFFA-nın baş katibi Elxan Məmmədov ona belə deyib. Təqvimə əsasən, millimiz Belçikanı 2011-ci il sentyabrın 2-də, Qazaxıstanı isə sentyabrın 6-da qəbul etməlidir. Bu səbəbdən, hər iki qarşılaşmanın Lənkəranda baş tutma ehtimalı da var: “Millimizin baş məşqçisi Berti Foqts Lənkəranda oynamağı çox istəyir. Yığmamızın həm Belçika, həm də Qazaxıstanı stadionumuzda qəbul etməsi də mümkündür. Çünki iki oyun arasında 4 günlük fasilə olacaq. Bu müddətdə oyunların Bakıda və Lənkəranda təşkili əlavə yorğunluq yarada bilər. Amma istənilən halda, bu iki komandadan biri ilə oyunun stadionumuzda keçiriləcəyi dəqiqdir”.
Arena rəhbəri 2012-ci ildə ölkəmizdə baş tutacaq 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının bir qisminin də Lənkəranda keçiriləcəyini açıqlayıb. Onun fikrincə, ya 2-3 matç, ya da bir qrupun qarşılaşmaları bu arenada baş tutacaq: “FİFA nümayəndələrinin Azərbaycanda ən çox bəyəndikləri, ən az problemi olan stadion Lənkərandakı oldu. Bunu özləri bizimlə söhbətdə etiraf etdilər. Yeganə çatışmazlıq ot örtüyü ilə bağlıdır ki, onu da dəyişmək problem deyil. Sadəcə, hazırda stadionumuzda qarşılaşmalar oynanıldığı üçün bu prosesi həyata keçirə bilmirik”.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi hələlik rəqiblərindən yalnız Türkiyə ilə ev oyununu keçirib. Oktyabrın 12-də Bakıda baş tutan görüşdə komandamız qalib gəlib – 1:0. Yığmamız Belçika və Qazaxıstandan əlavə, Almaniya və Avstriyanı da 2011-ci ildə qəbul edəcək. Almaniya ilə görüş iyunun 7-də, Avstriya ilə qarşılaşma isə oktyabrın 7-də olacaq.
Elşən MƏMMƏDOV

590