Bakıda keçiriləcək Komandalararası Avropa Çempionatının proqramı müəyyənləşdi
27 oktyabr 2010 12:35 (UTC +04:00)

Bakıda keçiriləcək Komandalararası Avropa Çempionatının proqramı müəyyənləşdi

Bu haqda Lent.az-a Azərbaycan Taekvondo Federasiyasının (ATF) meneceri Nağı Səfərov məlumat verib.

Onun sözlərinə görə, kişilərin mübarizəsinə 14, qadınların yarışına isə 15 ölkə qatılacaq. Onlar tərkibi 3 və ya 4 komandadan ibarət olmaqla 4 qrupa bölünəcəklər. Yarışın birinci günündə yığmalar dairəvi sistemlə qrup qaliblərini müəyyənləşdirəcəklər. Ertəsi gün isə yarımfinal və final görüşləri təşkil olunacaq. Çempionatda həm kişi, həm də qadınlardan ibarət komandalar 4 olimpiya çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Azərbaycan yığması əsas və ehtiyat taekvondoçulardan təşkil ediləcək.

Qeyd edək ki, oktyabrın 27-də Bakıda taekvondo üzrə Açıq Azərbaycan çempionatı start götürüb. İki gün davam edəcək yarışda 11 ölkənin 200-dən artıq idmançısı mübarizə aparır.

Azərbaycanı 8 çəki dərəcəsində 6 komanda təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar