“Neftçi”dən AFFA-ya şikayət
Bu haqda Lent.az-a Flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, Unibank Premyer Liqasının X turu çərçivəsində “Gəncə” ilə matçda Musayev baş hakim Elçin Məmmədovu təhqir etməyib: “Bəxtiyar müəllim bizə deyib ki, qeyd olunan epizodda heç bir təhqirdən söhbət gedə bilməz. Əksinə, baş hakim onu dialoqa təhrik edib, sonra da protokola yazıb ki, guya Musayev onu təhqir edib. Halbuki, Məmmədov məşqçimizə deyib ki, Özbəkistana gedib-gəlmisən, hansısa işlərlə məşğul olmusan, arxasınca bir nalayiq ifadə işlədib və “buna görə yerinə otura bilmirsən” söyləyib. Musayev də “danışığını bil” cavabını verib. Bundan sonra baş hakim oyunun protokoluna məşqçinin onu təhqir etdiyini yazıb. Burada heç bir təhqirdən söhbət gedə bilməz. Bunların hamısı ehtiyat oyunçular skamyasında oturanların gözləri qarşısında baş verib. Digər tərəfdən, “Neftçi” 6:2 hesabı ilə qalib gəldiyi halda, Bəxtiyar Musayev nəyə görə hakimi təhqir etməlidir?”
“Neftçi”nin 5000 manat cəriməyə və Bəxtiyar Musayevin 5 oyunluq cəzaya məruz qalmasını haqsız qərar sayan Əşrəfoğlu klubun buna qəti etirazını bildirdiyini vurğulayıb: “Artıq AFFA-nın baş katibi Elxan Məmmədov və Apellyasiya Komitəsinə məktub ünvanlamışıq. Biz cəzanın nəinki azaldılmasını, ümumiyyətlə, ləğvini tələb edirik”.
Flqman rəsmisi bildirib ki, AFFA və PFL-in “Neftçi”ni çempion etməsi haqda söz-söhbətlərin əsası yoxdur. O, fikirlərini “Gəncə” ilə qarşılaşmada baş hakimin “Neftçi”nin təmiz penaltisini verməməsi ilə əsaslandırıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05