Samir Zərgərov: “Mən utancaq deyiləm”
“Mənə etimad göstərənlərin hər birinə təşəkkürümü bildirirəm. Bundan sonra da Azərbaycan futbolunun inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm”. Lent.az-ın məlumatına görə, bu fikirləri Unibank Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu seçilən “Gəncə” klubunun hücumçusu Samir Zərgərov jurnalistlərə açıqlamasında deyib.
24 yaşlı forvard oktyabrın 26-da təşkil olunan mərasimdə Unibank və Peşəkar Futbol Liqasının mükafatları ilə təltif olunub. Zərgərov ayın futbolçusu seçilməsini özü üçün gözlənilməz sayıb: “Sentyabrın ən yaxşı futbolçusu seçimində tanınmış oyunçularımızla rəqabət apardım. Onlara qalib gəlmək mənim üçün fəxrdir”.
Ayın futbolçusu Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsa da mesaj göndərib. Hələ də yığmamıza dəvət almayan Zərgərov əsas komandamızda oynamağa hazır olduğunu vurğulayıb. O bildirib ki, millidə oynamaq hər bir futbolçu üçün fəxrdir və dəvət alsa, əlindən gələni əsirgəməyəcək: “Hazırda ilk “6-lığ”a 7-8 komanda iddialıdır. Onlardan biri də “Gəncə”dir. Bizim üçün “6-lığ”a düşmək həm də ona görə önəmlidir ki, buna nail olsaq, yığmada oynamaq şansımız artacaq. Yaxşı oyunlarımız hələ irəlidədir”.
Hücumçu məhz “Gəncə”ni seçməsinin səbəbini də açıqlayıb. Onun fikrincə, hər bir futbolçu oynaya biləcəyi komandada çıxış etməlidir. Bu baxımdan, Zərgərov seçimində yanılmadığını bildirib. O, Unibank Premyer Liqasının X turunda “Neftçi”yə 2:6 hesablı məğlubiyyəti Romal Hüseynovun yoxluğu və 39-cu dəqiqədən etibarən 10 oyunçu ilə qalmaları ilə izah edib.
Samir Zərgərov “Meydançada inamlı təsir bağışlasanız da, jurnalistlər qarşısında utancaq görünürsünüz. Bunun səbəbi nədədir?” sualına isə belə cavab verib: “Mən elə də utancaq deyiləm. Belə xasiyyətim yoxdur. Sadəcə, indiyədək ayın futbolçusu seçilən digər həmkarlarım kimi, mən də həyəcanlıyam”.
Elşən MƏMMƏDOV

642