Olimpiadaların proqramı və vaxtına dəyişikliklər ediləcək
26 oktyabr 2010 14:33 (UTC +04:00)

Olimpiadaların proqramı və vaxtına dəyişikliklər ediləcək

Lent.az-ın məlumatına görə, belə bir təklifi Beynəlxalq Olimpiya Komitəsinin (İOC) olimpiya proqramı üzrə komissiyası verib.

Yekun qərar 2011-ci ilin yazında İOC İcraiyyə Komitəsinin iclasında veriləcək. Yeni növlər sırasına qadınlar arasında xizəklə tramplindən tullanma, kişi və qadınlar arasında havpayp və fristayl, fristaylla slopstayl, snoubordla slopstayl, biatlonda qarışıq estafet, habelə kirşəsürmədə komanda estafeti daxildir. Təklif qəbul olunsa, medal dəstlərinin sayı 10 ədəd artaraq, 96-ya çatacaq.

İOC Yay Olimpiya Oyunlarının 15 iyul – 31 avqust təqvim dövrü çərçivəsindən oktyabra təxirə salmağı da nəzərdən keçirəcək. Bu, 2020-ci il Yay Olimpiya Oyunlarına olimpiadaya təşkilatçılıq hüququnun isti iqlimə malik Doha və ya Dubay şəhərlərinə veriləcəyi halda mümkün olacaq.

Qeyd edək ki, buna bənzər hal 2000-ci il Sidney olimpiadasında müşahidə edilib. Həmin olimpiada 15 sentyabrda start götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar