Məsut Özil “Qızıl top”a namizəd oldu – SİYAHI
Lent.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda yer alan 23 oyunçudan 7-si İspaniya milli komandasında çıxış edir.
2010-cu ilədək “Qızıl top”u “France Football” verib. FİFA isə öz versiyasına əsasən, dünyanın ən yaxşısını müəyyənləşdirib və həmin oyunçu “Brilliant top” alıb. Bu ildən isə iki nüfuzlu mükafat birləşdirilib.
“Qızıl top”un sahibi milli komandaların baş məşqçiləri və kapitanları, eləcə də müxtəlif ölkə KİV-inin nümayəndələri arasındakı səsvermə yolu ilə müəyyənləşəcək. Dekabrın 6-da FİFA və “France Football” mükafata daha çox səs toplayan 3 iddiaçını açıqlayacaq. “Qızıl top”un mükafatlandırılma mərasimi 10 yanvar 2011-ci ildə İsveçrənin Sürix şəhərində təşkil olunacaq.
“Qızıl top”a namizədlərin siyahısı:
Xabi Alonso, İker Kasilyas, Sesk Fabreqas, Andres İnyesta, Karles Puyol, David Vilya, Xavi (hamısı İspaniya), Miroslav Kloze, Filipp Lam, Tomas Müller, Məsut Özil, Bastian Şvaynştayger (hamısı Almaniya), Julio Sezar, Maykon, Daniel Alveş (hamısı Braziliya), Aryen Robben, Uesli Sneyder (hər ikisi Hollandiya), Kriştianu Ronaldu (Portuqaliya), Didye Droqba (Kot d İvuar), Samuel Eto O (Kamerun), Dieqo Forlan (Uruqvay), Asamoa Qyan (Qana), Lionel Messi (Argentina).

722