Ramin Musayev: “Həmin vaxt onlar jurnalistlərin fəndindən yararlandılar”
Bu il isə həm Unibank, həm Azərbaycan Premyer Liqası, həm də Azərbaycan Kuboku üçün düşərli oldu. Bundan sonra ölkə kuboku NBC Bank Azərbaycan Kuboku adlanacaq”. Lent.az-ın məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev NBC Bank-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.
Musayev bildirib ki, Azərbaycan Kubokuna yeni sponsorun tapılması ölkə futbolundakı inkişafın göstəricisidir. Onun sözlərinə görə, artıq Unibank Premyer Liqasının dünyanın 30 ən güclü çempionatları sırasındadır.
NBC Bank-ın İdarə Heyətinin sədr müavini Fuad Qəmbərov isə ölkə idmanında, o cümlədən futbolda gedən inkişafa daim dəstək verdiklərini söyləyib. O, təmsil etdiyi bankın Salyanın “Muğan” klubuna sponsorluq etdiyini və Azərbaycan Şahmat Federasiyası ilə uzunmüddətli müqaviləsinin olduğunu açıqlayıb: “Məqsəd futbolumuzun inkişafına öz töhfəmizi verməkdir. Etibarlı partnyor kimi üzərimizə düşən öhdəliyi yerinə yetirəcək, çalışacağıq ki, əməkdaşlığımız uzunmüddətli olsun”.
Ardından Ramin Musayevlə Fuad Qəmbərov PFL-lə NBC Bank arasında Azərbaycan Kubokunun sponsorluğuna dair əməkdaşlıq müqaviləsi imzalanıb. Tərəflər bir-birinə xatirə hədiyyələri verib.
Daha sonra onlar jurnalistlərin suallarını cavablandırıblar. Musayev bildirib ki, ölkə kubokuna sponsorluq üçün ötən mövsüm başqa bir bankla danışıqlar aparılıb. Lakin jurnalistlərin Unibank Premyer Liqası ilə bağlı tənqidi yazılarından sonra həmin bank geri çəkilib. Onun fikrincə, müqavilənin cəmi bir illik bağlanılması əsas şərt deyil: “Əsas məsələ bir-birimizin arasındakı münasibətdir. Yəqin ki, kubokun final oyunundan sonra NBC Bankın rəhbərliyi matçın nəticəsindən, təşkilatçılığından, keyfiyyətindən məmnun olacaq və müqavilənin müddətini uzadacaq”.
PFL prezidenti NBC Bankla danışıqların aparılmasında məhz özünün təşəbbüskar qismində çıxış etdiyini, lakin buna görə çatası faizdən imtina etdiyini də əlavə edib. O, Unibankın bostanına daş atmağı da unutmayıb. Musayev PFL-in müqavilə şərtlərini yerinə yetirmədiyini bildirən Unibank rəsmilərinə belə cavab verib: “Mən açıq və konkret danışmağı xoşlayıram. Bəzən mətbuat işçilərinə deyirsən ki, filan yazını niyə elə yazmısan? Axı elə bir şey yoxdur, cavab verirlər: “Bəs nə edim? Qalmaqallı yazı olanda həmin qəzet və ya sayt çox oxunur. Həmin vaxt da Unibank mətbuat işçilərinin fəndindən istifadə etdi”.
Fuad Qəmbərov isə etibarlı tərəfdaşlarla müqavilə bağladıqlarını söyləyərək, öhdəliklərin yerinə yetiriləcəyinə əminlik ifadə edib: “Bizim belə bir qorxumuz yoxdur”.
NBC Bankın Marketinq Departamentinin rəhbəri Vasif Əliyev bildirib ki, 7 ay üçün nəzərdə tutulan sponsorluq müqaviləsinin məbləğinə televiziya, radio, sayt və qəzetlərdə reklamlar yerləşdirmək mümkün idi. Lakin onlar Azərbaycan futboluna dəstək verməyi daha məqsədəuyğun sayıblar: “Ötən mövsüm də ölkə kubokunun finalında əməkdaşlıq etmişdik və bu, uğurlu alınmışdı. Həmin əməkdaşlığın davamı olaraq, bu müqaviləni imzaladıq. 7 ay müddətində müxtəlif təqdimatlar keçirəcəyik. Hər mərhələnin ən yaxşı futbolçusu, bombardiri, qapıçısı, hətta azarkeşini seçəcəyik. Bunları stadionlarda, ölkəmizin müxtəlif bölgələrində edəcəyik ki, oyunlara müəyyən mənada azarkeş ordusu cəlb edə bilək. Eyni zamanda mətbuatla əməkdaşlığa da önəm verəcəyik. 7 ay müddətində ölkə kubokunu ən yaxşı işıqlandıran sayt, qəzet, radio və televiziyaları da seçib, mükafatlandıracağıq. Yəni, biz futbolun kütləviləşməsinə müəyyən mənada töhfəmizi verməyə çalışacağıq”.

740