“Hamı gördü ki, “Neftçi” təmiz oyunla qələbə qazandı”
Lent.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Rail Məlikov klubun rəsmi saytına açıqlamasında deyib.
25 yaşlı kapitan Unibank Premyer Liqasının X turunda flaqmanın “Gəncə”yə 6:2 hesablı qələbəsində hakimlərin rolunu inkar edib. O, “Gəncə”nin yarımmüdafiəçisi Romal Hüseynovun hakimlərin flaqmana kömək etməkdə maraqlı olduğu haqda fikirlərinə belə reaksiya verib: “Bu söz-söhbətlər əsassızdır. Hamı gördü ki, “Neftçi” təmiz oyunla qələbə qazandı. Hakim bizə kömək edirdisə, necə oldu ki, komandamızın qazandığı təmiz penaltini vermədi? Həm də biz bir top fərqlə qələbə qazanmamışıq ki, kimsə günahı hakimdə axtarsın”.
Qeyd edək ki, Azərbaycan millisinin 0ktyabrın 12-də Türkiyə yığması ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində zədələnən Rail Məlikov hazırda “Neftçi”nin məşqlərindən kənarda qalıb.

613