Roje Federer Pit Samprasa şərik oldu
25 oktyabr 2010 13:47 (UTC +04:00)

Roje Federer Pit Samprasa şərik oldu

Lent.az-ın məlumatına görə, oktyabrın 24-də Federer İsveçin paytaxtı Stokholmda təşkil olunan yarışın qalibi olub.

O, finalda almaniyalı Florian Mayeri üstələyib – 6:4, 6:3. Bununla da Federer karyerasında 64-cü zəfərinə imza atıb. Qələbələrindən 16-sını “Böyük dəbilqə” seriyalı turnirlərdə qazanan isveçrəli tennisçi bu göstəricidə rekordçudur.

Stokholm turnirinin finalındakı qalibiyyətdən sonra Federer Samprasın rekordunu təkrarladığı üçün sevincini gizlətməyib. O, hər bir turnirdə qələbənin özü üçün vacib olduğunu, lakin son zəfərini əvvəlkilərdən çox yadda saxlayacağını vurğulayıb.

Qeyd edək ki, tennisdə “Böyük era”nın başladığı 1968-ci ildən etibarən turnirlərdə Sampras və Federerdən çox qalib adını Cimmi Konnors (109), İvan Lendl (94) və Con Makenroy (77) qazanıb. 29 yaşlı Roje Federer hazırda dünyanın ikinci ən güclü tennisçisidir. O, yalnız ispaniyalı Rafael Nadaldan geri qalır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar