Elçin Quliyev: “Mən də çox həyəcanlı idim”
Lent.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.
E.Quliyev yarışın maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib: “Açığı, mən də çox həyəcanlı idim. Çünki yarışın əvvəlki hissəsində idmançılarımız bir çox nöqsanlara yol vermişdilər. Amma yaxşı ki, hər şey müsbət sonuclandı. Çox sevinirəm”.
ARAF prezidenti I yeri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da çıxış etmiş Camal Rəhimovun yox, yeni idmançımız Hikmət Musayevin tutmasını Azərbaycanda atçılıq növündəki inkişafın təzahürü sayıb. O, Musayevin 2011-ci ilin aprelində Las-Veqasda təşkil olunacaq Dünya Kubokuna vəsiqə qazanması münasibətilə hamını təbrik edib: “Qalib idmançımız Hikmət Musayev 2011-ci ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Bu münasibətlə hər birinizi, atçılıqla məşğul olan hər bir vətəndaşımızı, idmançımızı, məşqçimizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, gələcəkdə daha yüksək nəticələr əldə edə biləcəyik. I yeri Camal Rəhimovun yox, Hikmət Musayevin tutması inkişafın təzahürüdür. Çox sevinirəm ki, bu gün təkcə Musayev yox, yetişməkdə olan digər idmançılarımız da var. Yaxın illərdə o nəticələri üstələyəcəklərinə inanıram, bunun üçün federasiyamız əlindən gələni əsirgəmir”.
Atçılığın bütün məsələlərdə digər idman növlərindən çətinliyini qeyd edən E.Quliyev təkcə idmançının deyil, atın da bərabər imkanlara malik olmasının vacibliyini bildirib: “Burada idmançı və at eynilik təşkil edir. Yəni, 50-nin 50-yə nisbətində. Həm idmançı, həm də at yüksək hazırlıq səviyyəsində olmalıdır. Onların birgə fəaliyyəti yüksək nəticəni verə bilir”.
Elşən MƏMMƏDOV

1848