Azərbaycan idmançısı Las-Veqasda yarışacaq
Lent.az-ın məlumatına görə, CSI2*-W kateqoriyalı beynəlxalq turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Bolqarıstan idmançıları mübarizə aparıblar.
7 yaşadək atlarla çıxış edən idmançıların mübarizəsində Şalva Qaçeçiladze “Galatea” ləqəbli atla 76,01 saniyə və 4 cərimə xalı ilə 1-ci yeri tutub. Onun həmyerlisi Zaza Çitrekaşvili “Ali” ləqəbli atla 83,16 saniyə və 5 cərimə xalı ilə 2-ci olub. 3-cü yeri isə “Fabienne” ləqəbli atla 71,77 saniyə və 8 cərimə xalına malik Azərbaycan təmsilçisi Rahib İsmayılov tutub. Bu yarışda ümumilikdə 6 idmançı mübarizə aparıb.
Ən maraqlı və gərgin mübarizə isə böyük atlarla yarışan idmançıların çıxışlarında qeydə alınıb. Belçikada yaşayan atçımız, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş Camal Rəhimov da bu yarışda qüvvəsini sınayıb. Rəhimov “Herrkant” və “Nabab De Belou” ləqəbli atlarla çıxış edib. “Herrkant”la çıxışda o, I giddə (mərhələdə) 76,16 saniyə və 16 cərimə xalı, II giddə isə 45,15 saniyə və 0 cərimə xalı yığıb. “Nabab De Belou” ilə çıxışına gəldikdə, Rəhimov I giddə 72,72 saniyə və 4 cərimə xalı, II giddə 49,36 saniyə və 0 cərimə xalı nəticə göstərib.
Əvəzində digər həmyerlimiz Hikmət Musayev “Light Limerik” ləqəbli atla I giddə maneələri 77,44 saniyə və 0 cərimə xalı, II giddə isə 53,38 saniyə və 0 cərimə xalı ilə keçib. Bununla da Musayev ən yüksək nəticəni göstərərək, I yeri tutub. Rəhimov II, I giddə maneələri 83,89 saniyə və 12 cərimə xalı, II giddə 51,35 saniyə və 0 cərimə xalı ilə qət edən Kaxaber Kikiani (Gürcüstan) III olub. Sonrakı 2 yeri Rusiya və Gürcüstan atçıları tutublar.
Həm gənc, həm də böyük atların mübarizəsində yüksək nəticələr göstərən idmançıları Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, eləcə də Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) nümayəndələri təbrik ediblər. Böyüklərin yarışında ilk 5 yerin sahiblərinə müvafiq olaraq, 6750 frank, 5750 frank, 4750 frank, 4250 frank və 3500 frank mükafat verilib.
I yeri tutan Hikmət Musayevin atı da diqqətdən kənarda qalmayıb. “Light Limeric” ləqəbli atın belinə xüsusi örtük bağlanılıb. Bununla yanaşı, Musayev 2011-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Elşən MƏMMƏDOV

1304