Unibank Premyer Liqası “Neftçi” “Gəncə”ni darmadağın etdi
23 oktyabr 2010 19:12 (UTC +04:00)

Unibank Premyer Liqası “Neftçi” “Gəncə”ni darmadağın etdi

Lent.az-ın məlumatına görə, ilk iki pillənin sahibləri “Neftçi” və “Xəzər-Lənkəran” növbəti qələbələrini qazanmaqla mövqelərini saxlayıb. Bakı təmsilçisi çempionata böyük həvəslə qayıtmış “Gəncə”ni paytaxta gəlməyə peşman edib. Belə ki, “Neftçi” rəqibini 6 qolla cəzalandırıb. Cəmi 2 qolla cavab verə bilən “Gəncə”nin uduzmasında komandanın veteranlarından olan Mətləb Məmmədovun 39-cu dəqiqədə qırmızı vərəqə alması da rol oynayıb.


“Xəzər-Lənkəran” doğma meydanda “Turan”ı yenib. Cənub təmsilçisi 7 və 14-cü dəqiqlərdə 2 qol vuraraq məsələni həll edib. Premyer-Liqanın iddialılarından olan AZAL isə son vaxtlar yaxşı formada olan “Qəbələ”yə qol vura bilməyib.


Tura oktyabrın 24-ü keçiriləcək daha 3 qarşılaşma ilə yekun vurulacaq. Günün və turun əsas oyunu “Şəfa” stadionunda, “İnter”lə “Bakı” arasında keçiriləcək.

23 oktyabr

"Qəbələ" - AZAL - 0:0

"Neftçi" - "Gəncə" - 6:2
Qollar: Denis Silva 2, Flavinyo 22, B.Nasimov 69, Mpenza 70, C.İmamverdiyev 86, A.Abdullayev 90 – S.Zərgərov 18, Junivan 82

"Xəzər Lənkəran" - "Turan" - 2:0
Qollar: Uinston Parks 7, Katalin Doman 14

24 oktyabr

MOİK - "Simurq"

"Muğan" - "Qarabağ"

"İnter" - "Bakı"
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar