Hacı son anda “Qalatasaray”la razılaşdı
21 oktyabr 2010 16:38 (UTC +04:00)

Hacı son anda “Qalatasaray”la razılaşdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə George Hacıya həvalə olunub.

Rumıniyalı mütəxəssisə Tuqay Kərimoğlu kömək edəcək. Rəsmi imzalama mərasimi oktyabrın 22-də Bakı vaxtı ilə saat 17:30-da “sarı-qırmızılar”ın bazasında olacaq.

Qeyd edək ki, az öncə “LigTV” George Hacı ilə danışıqların baş tutmadığını xəbər verib. Səbəb kimi müqavilə şərtlərində problemin ortaya çıxması göstərilib.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi oktyabrın 20-də Frank Raykardı baş məşqçi postundan istefaya göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar