“Mançester Yunayted” və “Real”dan sonra “Muğan”da - FOTO
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, İngiltərənin tanınmış “Prozon” şirkətidir.
Əldə olunan razılığa əsasən, Salyan təmsilçisi 2 il müddətində şirkətin təqdim etdiyi məhsulların imkanlarından yararlanacaq. Eyni zamanda müqaviləyə müvafiq olaraq, kompaniyanın Azərbaycandakı rəsmi distribyutorluq hüququ da “Muğan” klubuna məxsusdur. Fəaliyyətə 1998–ci ildə başlayan şirkətin İngiltərə, İspaniya, ABŞ, BƏƏ, Hindistan, Yaponiyada ofisləri fəaliyyət göstərir. Kompaniya FİFA, “US Soccer”, “Mançester Yunayted”, “Real”, “Arsenal”, “Olimpiakos” kimi dünyaca məşhur futbol təşkilatları və klubları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb.
“Prozon” futbolun aparıcı təhlil sistemini təqdim edir. Dünyanın tanınmış futbol mütəxəssisləri və menecerlərinin rəyinə əsasən təsis edilən proqram oyunda sərgilənən performasın dəqiq və obyektiv analizini əks etdirir. Kompaniya fəaliyyətini güc, dəqiqlik, qanunilik, təcrübəlilik prinsipləri əsasında qurub. Yüksək texnologiyaların vasitəsilə futbolçuların fiziki, taktiki göstəricilərini kompüter versiyası üzrə əks etdirməklə yanaşı, proqram həm də oyundakı hakim idarəçiliyi ilə bağlı statistik məlumatları faiz göstəricilərinə əsasən nümayiş etdirmək imkanlarına malikdir.
“Muğan” klubu “Prozon” şirkətinin təqdim etdiyi proqramın futbolçuların fiziki və taktiki göstəricilərinin yüksəldilməsində mühüm vasitə olacağına inanır.

667