Futbolçulara su əvəzinə uyuşdurucu verilib
21 oktyabr 2010 15:39 (UTC +04:00)

Futbolçulara su əvəzinə uyuşdurucu verilib

Lent.az-ın məlumatına görə, İbanyes ötən həftəsonu oynadıqları qarşılaşmada rəqib “Sport Ankaş” komandasının rəsmilərinin “Hijos de Akosvinços”un futbolçularına su əvəzinə uyuşdurucu maddə verdiklərini açıqlayıb.

O bildirib ki, matçın fasiləsində verilən uyuşdurucu tezliklə oyunçulara mənfi təsirini göstərib. “Hijos de Akosvinços”un futbolçularından 4-ü ikinci hissədə huşunu itirib. Tibbi müayinə nəticəsində onların qanında narkotik maddə aşkarlanıb.

“Sport Ankaş” klubunun prezidenti Xose Mallki isə bu olayı “Hijos de Akosvinços” futbolçularının matçdan öncə qızardılmış toyuq yemələri ilə əlaqələndirib. Onun fikrincə, oyunçular məhz toyuq ətindən zəhərləniblər. Ameriko İbanyes isə rəqib həmkarının bu açıqlamasına etiraz edib: “O, nə danışdığını bilmir. Toyuq zəhərlənməsinin əlamətləri uyuşdurucudan fərqlənir”.

Qeyd edək ki, oyun “Sport Ankaş”ın qələbəsi ilə nəticələnib – 3:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar