Parlament seçkiləri Azərbaycan çempionatının təqvimini dəyişdirdi
Lent.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr verib.
Əmrə əsasən, Unibank Premyer Liqasının bütün qarşılaşmaları noyabrın 7-dən noyabrın 6-a keçirilib. I divizionun görüşlərinə gəldikdə, “Rəvan” – “Neftçi İSM” matçı noyabrın 8-də, qalan oyunlar isə bundan 2 gün tez baş tutacaq. Təqvimdəki dəyişiklik noyabrın 7-də Azərbaycan ərazisində keçiriləcək Parlament seçkiləri ilə əlaqələndirilib.

737