Azərbaycan millisi yoldaşlıq görüşü üçün daha bir rəqib tapdı
21 oktyabr 2010 12:15 (UTC +04:00)

Azərbaycan millisi yoldaşlıq görüşü üçün daha bir rəqib tapdı

Lent.az-ın əldə etdiyi məlumata görə, yığmamız 2011-ci ildə Tunislə qarşılaşacaq.

Hələlik oyunun tarixi və yeri haqda heç bir dəqiq bilgi yoxdur. Amma o məlumdur ki, millimiz martın 29-da səfərdə Belçika ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçı öncəsi Afrika təmsilçisini sınağa çəkəcək.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Quliyev Lent.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Quliyev Azərbaycanın Tunislə görüşəcəyi barədə heç bir rəsmi məlumata malik olmadıqlarını bildirib. Onun sözlərinə görə, hazırda bir neçə ölkə ilə bu istiqamətdə danışıqlar aparılır. Hər hansı ölkənin futbol qurumu ilə razılıq əldə olunandan sonra ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, yığmamız noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq görüşü keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar

“Barselona”dan darmadağın

“Barselona”dan darmadağın

2 mart 2025 , 21:37
“Qalatasaray” vacib iki xal itirdi

“Qalatasaray” vacib iki xal itirdi

2 mart 2025 , 19:07
Fərhad Kasimov, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti

Bu federasiyanın vitse-prezidenti dünyasını dəyişdi

2 mart 2025 , 12:28
Futbolda dəyişiklik  - Qapıçı topu 8 saniyədən çox saxlasa...

Futbolda dəyişiklik - Qapıçı topu 8 saniyədən çox saxlasa...

1 mart 2025 , 20:31
Almaniyada uşaq oyundan əvvəl hakimin cinsi orqanını  dişlədi

Almaniyada uşaq oyundan əvvəl hakimin cinsi orqanını dişlədi

1 mart 2025 , 19:11
Məşqə gedən millinin oynçusu  oğurlandı

Məşqə gedən millinin oynçusu oğurlandı

1 mart 2025 , 16:17
“Əl-Nəsr” Ronaldoya görə  İranda oynamaq istəmir

“Əl-Nəsr” Ronaldoya görə İranda oynamaq istəmir

1 mart 2025 , 12:58
PSJ "Barselona"nın əsas oyunçusunu  100 milyona alır

PSJ "Barselona"nın əsas oyunçusunu 100 milyona alır

1 mart 2025 , 10:00