AZAL-ın sabiq futbolçusu “Metallist”in “torbasını tikdi”
Lent.az-ın məlumatına görə, belə bir qərarı Ukrayna Futbol Federasiyasının (FFU) Apellyasiya Komitəsi verib.
“Metallist” 2008-ci ildə “Karpatı” ilə danışılmış oyuna çıxdığı üçün cəzalandırılıb. Xarkov klubu 2011-2012-ci il mövsümündə 9 xaldan da məhrum ediləcək. Bürünc medalların 2007-2008-ci il mövsümündə 4-cü yeri tutmuş “Dnepr”ə verilib-verilməyəcəyi isə hələ bilinmir. Yalnız o məlumdur ki, “Karpatı” FFU-nin qərarından İsveçrənin Lozanna şəhərindəki İdman-Arbitraj Məhkəməsinə şikayət etmək istəyir. Lakin Lvov komandasına turnir cədvəlindəki mövqeyinə təsir edəcək hansısa cəzanın verildiyi haqda məlumat yoxdur. Əvvəllər hər iki klubun 2010-2011-ci il mövsümündə 9 xaldan məhrum ediləcəyi bildirilirdi.
FFU Apellyasiya Komitəsi, həmçinin “Karpatı”nın sabiq futbolçusu Sergey Laşenkovun və “Metallist”in baş direktorunun müavini Yevgeni Krasnikovun ömürlük cəzasını 5 ilə endirib. “Karpatı”nın baş direktoru İqor Dedışkin isə 5 il əvəzinə 3 illik şərti cəza alıb. Lvov klubunun “Metallist”lə qarşılaşmada iştirak etmiş bütün futbolçuları 2 illik şərti diskvalifikasiya ediliblər.
“Metallist” – “Karpatı” matçı 2008-ci ilin aprelində keçirilib və meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 4:0. 2010-cu ilin əvvəlində FFU-ya Laşenkovun “Karpatı”nın fəxri prezidenti Pyotr Dıminskiyə oyunun danışılmış olduğunu etiraf etdiyi videoyazı daxil olub. Bundan sonra araşdırma başlanılıb. Nəticədə FFU görüşün danışılmış olduğunu açıqlayıb. Baş verən qalmaqalla əlaqədar “Metallist”in baş məşqçisi Miron Markeviç Ukrayna yığmasında tutduğu eyni postdan istefa verib.
Qeyd edək ki, Sergey Laşenkov “Karpatı”dan ayrıldıqdan sonra Bakının “Olimpik” (indiki AZAL) klubuna keçib. Moldovalı müdafiəçi paytaxt klubunda bir müddət çıxış etdikdən sonra ötən mövsümün sonunda qovulub.

Oxşar yazılar

“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11