“Bu nasıl olur, yaaa?!” - REPORTAJ
Həyatımda ilk dəfə futbol meydançasına getmişdim dünən. Özü də canlı futbola baxmaq üçün… Komandaların heç birinin azarkeşi-zadı da deyildim. Mənim kimi eşşək boyda yazarı durub dingildəyə-dingildəyə stadiona getməyə vadar edən şey isə çox sadə məsələ idi: rəfiqəmin tanışı olan bir burjua balası lap qabaq cərgələrə 5 bilet tapmışdı, oyuna şən-şən baxmaq üçün adam axtarırdı. Mən də sayı düzəltmək üçün lazım olan o 5-ci adam idim.
Biz – payızın rütubətli havasında şad-şalayın stadiona çatan beş gənc ağ tum, qırmızı kola alıb, biletlərimizi əllərimizdə fəxrlə tutmuşduq. Stadionun qarşısına çatanda, futbolamı, sirkəmi, müharibəyəmi gəldiyimizi şaşırdıq: saysız hərbçilər, silahlı atlılar (zarafat eləmirəm, az qala 20 nəfər atlı gördüm stadionun qarşısında), polis, mühafizəçilər, səs-küy, söyüş…
Oyuna biletsiz gəlib birtəhər stadiona keçmək istəyən izdihamı yarıb, biletlərimizi göstərdik. Stadionun əsas qapılarına çatana qədər hər beş metrdən bir əyin-başımızı, çantalarımızı axtardılar. Dəstədə cəmi iki qız idik. Hamı da bizə qəribə baxırdı: deyəsən elə təkcə dəstədə deyil, stadiona gələnlər arasında bizdən başqa zənən xeylağı yox idi. uzun müddətdən sonra deyəsən elə biz ağılda olan bircə dənə qıza rast gələ bildik.
Axır ki, adamları yara-yara əsas qapıya yaxınlaşdıq. Gecikdiyimiz məlum idi. Meydançadan gələn çılğın səslər, hay-küy, bağırtı az qala şəhərin yarısına qədər yayılırdı. Əsas qapılar isə bileti əlində, arzusu ürəyində qalan fağır azarkeşlərin üzünə lap tale qapısı təkin qapanmışdı.
Darvazaların barmaqlıqlarının o tayında divar kimi düzülən yüksək rütbəli polis zabitləri zorla içəri soxulmaq istəyənləri qovur, darvazalardan kənarlaşdırmağa çalışırdılar. Bilet tapıb, amma tıxacların ucbatından qapı ağzında qalan azarkeşlər polislərlə demək olar ki, ölüm-qalım mübarizəsi aparırdılar. Və bu mübarizədə qalib hələ ki, polislər idi. Deyişməkdən, biletini havada oynadıb, polisə özünün doğruluğunu sübut etməyə çalışanlardan bir dəstəsi artıq məğlubcasına:
- Əşi, sözü Adama deyərlər, görmürsən, bunlarda adamı başa düşən sifət yoxdur? Gedək e, bizimki də belə gətirdi… - deyə, bir-birilərinə təskinlik verə-verə qapılardan aralandılar.
Rəfiqəmin tanışı (oğlanın atası həm də vəzifəli adam imiş) özünü irəli verib, bir kapitana tanışlıq verdi. Kapitan oğlana qulaq asaraq, onun əlindəki VİP biletlərə baxıb, bir az gözləməsini tapşırdı. Amma məsələ burasındaydı ki, biz gözləsək də, meydançadakı oyun gözləmirdi.
Ömrümdə birinci dəfə gəldiyim stadionda belə çətinliklə üz-üzə gəlməyim heç vaxt sevmədiyim futbola marağımı artırdı. İçəridəki oyun, bağırtı, çılğın səslər artıq məni əməlli-başlı həyəcanlandırırdı. Azarkeşlərin bağırtıları, söyüşləri, şərhçinin səsi indi mənə çox cazibədar bir şey kimi görünür və mən tezcənə özümü bu şounun ortasına atmaq, necə olursa olsun, birtəhər içəri keçmək istəyirdim.
Darvazaların qarşısında içəri keçmək üçün yalvaran kütlənin vəziyyəti lap dözülməz həddə çatmışdı. Daş kimi hərəkətsiz və soyuq dayanan zabitləri balalarının, əzizlərinin canına and verib, içəri keçmək istəyənlər belə vardı. Bizi içəri keçirəcəyinə söz verən kapitan arada dəstəmizə göz vurub, adamlar dağılışandan sonra keçə biləcəyimizi deyirdi.
Qəfildən qeyrət damarım tutdu. Futbola baxa bilmək üçün bir kapitalist balasından asılı olmağımızı həzm edə bilmədim. Kapitanı-zadı boş verib, bir qıraqda təmkinlə dayanan ortayaşlı, iri cüssəli mayora yaxınlaşdım. Jurnalist vəsiqəmi çıxarıb, mayora ikicə kəlmə söz dedim:
- Yoldaş mayor, mən birinci dəfə stadiona 10 il əvvəl gəlmişdim. Onda da məni buraxmamışdılar. İndi 30 yaşım var. Yəqin ki, bir də ömrüm boyu futbola baxmağa gəlməyəcəm.
Bu sözlər mayora «açıl, sim-sim, açıl» kimi təsir elədi. Mayor polislərə əmr verərək, qapını açdırıb, məni də, dostlarımı da içəri buraxdı. (qarışıqlıqdan istifadə edən bir neçə oğlan arada özlərini içəri təpə bildi).
Sıra ilə düzülmüş polislərin, hərbçilərin, əsgərlərin qarşısından keçərək, oturacaqlara çatıb, oturduq. Oyunun düz yarım saatı bizim polislərlə çənələşməyimizin badına getmişdi. Və oturub, yerimizi rahatlayan kimi, yəni oyunun 37-ci dəqiqəsində Rəşad Sadıqov ilk qolunu rəqib komandanın qapısından keçirdi. Qolu hansı komandanın və kimin vurduğunu isə stadion diktorunun elanından öyrəndim.
Bərkdən soruşmağa utandığımdan, yanımda oturmuş rəfiqəmə mesaj yazdım: «bizimkilər ağlardı, yoxsa qırmızılar?».
İlk qolun sevincini yaşayan izdiham öz sevincini ən vəhşi şəkildə ifadə edirdi. Arxa oturacaqlardan başımıza kağız-kuğuz, boş su qabları, çips və tum paketləri yağdı. Sıra ilə üzü meydançaya deyil, azarkeşlərə tərəf oturmuş polislərdən bu vəhşiliyə qarşı heç bir reaksiya görmədik. Düz qarşımızda millənib dayanan, kamerasının üstündə hansı telekanala, agentliyə məxsus olduğu yazılmayan operator isə çəkiliş üçün əsl tapıntı olan bu səhnələri lentə almağa tənbəllik elədi: onun gözü yanımda mini yubkada oturmuş rəfiqəmin ayaqlarında idi.
Bayaq gördüyümüz qız və yanında gələn oğlan pilləkənlərdə, oturacaqlarda, ayaq üstə, oturmuş vəziyyətdə, bir sözlə ən müxtəlif yerlərdə və türkün sözü pozalarda şəkil çəkdirirdilər. Yer tapmayıb, pilləkənlərdə oturmuş adamlar onlara mane olduqları üçün bu foto həvəskarların yeddi arxa dönənini qəbirdən çıxartdılar.
Meydançada isə oyunçular əsl sirk nömrəsi göstərirdilər: biz adətən görmüşdük ki, futbolçular topu mümkün qədər uzağa vurmağa çalışırlar, amma bizimkilərin ayağına top keçəndə onu var gücləri ilə havaya, ən yüksəyə qaldırır, top göyün üzündə «pərvazlananda» sevinə-sevinə bağırışırdılar. Arada hətta mənə elə gəldi ki, rəqibin qapısı göy üzündədi.
Birinci hissə sona çatan kimi, oyunçular istirahətə, bayaqdan bir-birinin ardınca kola şüşələrini qarınlarına boşaldan tamaşaçılar isə tualet axtarmağa qaçdılar. Sıra ilə dayanan mühafizəçilər yerlərini dəyişdilər. Bayaqdan oturub keşik çəkənlər ayaq üstə qalxdı, dayananlar keçib, skamyalarda oturdular. Bayaqkı operator isə hələ də düz qarşımızda millənib, gözünü bizə zilləmişdi. İndi o hətta arada arsız-arsız hırıldayırdı da...
Yazarınız isə deyinə-deyinə gödəkçəsinin çiyinlərindən bir ovuc siqaret külü, tum qabığı çırpmalı oldu. Tum qabığını bir neçəsini saçlarımın arasından tapdım (yaxşı olur, arığın nə iş var qoruqda…).
İkinci hissə başlayanda, bizimkilər qələbə, türklər revanş ehtirası ilə təzədən oyuna girişdilər. Kütlə türklərin qısa müddətdə cavab qolu, hələ üstəlik, bir-ikisini də «bonus» vuracağını gözləyirdi, amma futbola ana-bacı, qeyrət-namus məsələsi kimi baxan türk qardaşlarımızdan hələ ki, bir hey-hərəkət yoxuydu. Türk azarkeşlər əməlli-başlı heyrət içində idilər. Arxamızda oturmuş bir türk hətta iki dəqiqədən bir, şaşqın-şaşqın:
- Nasıl olur yaaa?!! - deyə, özü-özündən soruşurdu.
Bu arada səmaya sülh göyərçini buraxdılar. Quş meydançanın, azarkeşlərin üzərindən bir-iki dövrə vurub, ənginliklərdə yox oldu.
Oyunun sonuna bir neçə dəqiqə qalmış, bizim gənc və həvəssiz dəstəmiz durub, tezcənə əkildi. Bir neçə dəqiqədən sonra buradan çıxmağın faciəvi bir məsələ olduğunu bildiyimiz və son dəqiqələrdə hesabda heç bir dəyişiklik gözləmədiyimiz üçün, daha burada qalmağın bir mənası yox idi. Biz qalxanda, kamerasını bircə dəfə də olsun, işə salmayan operator həsrətlə rəfiqəmin arxasınca baxdı. Bizsə pilləkənlərdə oturanları yara-yara çıxışa doğru irəlilədik.
Stadiondan çıxandan sonra bizi kafedə gözləyən gənc publisist dostumuzun yanına tələsdik...
Günel Mövlud

829