“Dözümsüzlük yeganə oyundur ki, burada məğlub ola bilmərik”
Sentyabrın 22-də Bakıda Avropa Şurası (AŞ) İdmana məsul nazirlərin XVIII qeyri-formal Konfransı işinə başlayıb. Lent.az-ın məlumatına görə, toplantıda əvvəlcə çıxış edən baş nazirinin müavini Elçin Əfəndiyev Azərbaycan hökuməti adından tədbir iştirakçılarını salamlayıb.
O bildirib ki, tədbirdə Avropanın 36 ölkəsindən idman nazirləri və idmana məsul nazirliklərin nümayəndələri bir sıra mühüm məsələləri müzakirə edəcəklər. Belə bir konfransın Bakıda təşkilini heç də təsadüfi saymayan Əfəndiyev ölkəmizdə idmana göstərilən dövlət qayğısı və idmançıların beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələri vurğulayıb. Hökumət rəsmisi idmanın hüquqi bazasının formalaşdırılması üçün də bir sıra qanunların qəbul olunduğunu diqqətə çatdırıb.
Avropa Şurası baş katibinin müavini xanım Mod de Bör-Bukiççio video-mesajında tədbirə qatıla bilmədiyi üçün üzrxahlığını çatdırıb. O, hazırda idmanın sürətli inkişafına dopinq, dözümsüzlük, idman nəticələrinin manipulyasiya edilməsi kimi halların təhlükə yaratdığını vurğulayıb. AŞ rəsmisinin fikrincə, təmsil etdiyi təşkilat bu maneələrin aradan qaldırılmasında pioner rolunu oynaya bilər: “Dözümsüzlük yeganə oyundur ki, burada məğlub ola bilmərik”.
Daha sonra Gənclər və İdman Agentliyinin direktoru, Makedoniyanın Avropa Şurası Nazirlər Komitəsi sədrliyindəki nümayəndəsi Dime Spasov, AŞ Parlament Assambleyasında Gənclər və İdman Alt Komitəsi sədrliyinin nümayəndəsi Sesiliya Kivni və İdman Sahəsində Genişləndirilmiş Hissəvi saziş üzrə Məsləhət Şurasının sədri Predraq Manoyloviç çıxış ediblər.
Ardından tədbir jurnalistlər üçün qapalı şəraitdə davam etdirilib. Avropa Şurasının Təhsil, Mədəniyyət, İrs, Gənclər və İdman üzrə baş direktoru xanım Qabriela Battaini-Draqoni və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov verdikləri açıqlamada konfransın əhəmiyyətindən danışıblar. Battaini-Draqoni AŞ-nin idmanla bağlı konfransının ilk dəfə ölkəmizdə təşkilini vurğulayıb: “Bu gün böyük məmnuniyyətlə Azərbaycanın baş nazirinin müavininin idmanla bağlı həm ölkə daxilində həm də beynəlxalq aləmdə əldə etdiyi nailiyyətləri haqda fikirlərini dinlədik. Buraya gəlməkdə məqsədlərimizdən biri də ondan ibarətdir ki, Azərbaycanın idman nazirliyinin hansı əhəmiyyətli işləri həyata keçirdiyini şahidi olaq, infrastrukturla tanış olaq. Bunun nəticəsində mümkün qədər geniş əhali təbəqələri idmana çıxış eldə edib bu sahədə fəaliyyət göstərə bilsinlər”.
O, Azərbaycanın beynəlxalq aləmdə də getdikcə artan əhəmiyyətə malik rol oynamasını xüsusilə qeyd edib: “Bu gün biz Avropa Şurasına üzv olan 47 ölkənin idman nazirləri və nümayəndələrinin iştirak etdiyi konfransda hüquqi müəyyənlik adlandırdığımız bir konsepsiyanı müzakirə etməyə hazırlaşırıq. Biz nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar, qeyri-qanuni mərc oyunları, antidopinq siyasəti və idmanda zorakılığa qarşı mübarizə aparılması kimi məsələləri müzakirə edəcəyik. Bundan əlavə, gənc idmançıların asanlıqla hərəkət edə bilməsi məsələsi də müzakirə mövzusu olacaq. Bunu təmin etmək üçün gənc idmançılara asanlıqla viza verilməlidir. Əlbəttə, başa düşürsünüz ki, bütün bu məsələlərin idmanın ədalətli və çox şəffaf həyata keçirilməsinin təmin edilməsi nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti var. İdmanda korrupsiyaya yol verilməməlidir. Heç bir şəkildə korrupsiyaya idman fəaliyyətinə daxil ola bilməz. Bu gündəliyimizdə duran məsələlərdir. Onlar Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün böyük əhəmiyyət kəsb edir. Çox sevinirik ki, bu məsələləri müzakirə etmək üçün Azərbaycanda, Bakıda konfransa toplaşmışıq”.
Rəhimov konfransda müzakirəyə çıxarılan mövzuların ölkəmiz üçün çox vacib olduğunu bildirib: “Çünki bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda futbol totalizatoru öz fəaliyyətinə başlayır. Həmin sahədə dünyada və Avropada olan təcrübə bizim üçün çox vacibdir. Bundan əlavə, dopinq məsələsi də bizim üçün önəmlidir. Ağır Atletika Federasiyasında bununla bağlı məsələlər bizi çox narahat edir. Çox istərdik ki, dopinqə düşən idmançılarımız olmasın. Bu istiqamətdə təbliğatın daha da gücləndirilməsini, nəzarətin artmasını istərdik”.
Nazir idmançılarımızın viza problemi ilə üzləşməsi ilə bağlı narahatçılığını gizlətməyib: “Bildiyiniz kimi, idmançılarımız viza almaqda çox əziyyət çəkirlər. Bunun nəticəsində beynəlxalq yarışlara vaxtında, qabaqcadan gedə bilmirlər. Bu da viza məsələsinin çox qısa vaxtda olması ilə bağlıdır. Şadam ki, Azərbaycan üçün çox vacib olan məsələlər bu konfransın gündəliyinə daxil olub”.
Elşən Məmmədov

744