"Pendir oğrusu"  ölkədən qovuldu
28 avqust 2025 17:59 (UTC +04:00)

"Pendir oğrusu" ölkədən qovuldu

Supermarketdə oğurluğa görə rusiyalı turistə 99 il müddətinə Taylanda giriş qadağan edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Avropa pendirlərinə olan sevgi rusiyalı turist üçün Taylanda ömürlük giriş qadağası ilə nəticələnib. 59 yaşlı kişi supermarketdən təxminən 7 min rubl dəyərində (təxminən 148 manat) delikates məhsulları oğurlamağa cəhd edib, lakin yaxalanıb və indi 99 il ərzində krallığa daxil ola bilməyəcək.

Vladivostokdan olan 59 yaşlı Konstantin 30 yaşlı həyat yoldaşı ilə birlikdə Taylandda istirahət edirmiş. O, ərzaq mağazasına baş çəkərkən Rusiyada tapılmayan pendirləri oğurlayıb.

“Pendir həvəskarı”nın qəniməti altı növ pendir olub: holland pendiri, parmezan, “Konte”, “Emmental”, “Kana Patano” və “Kanetti Grano”. Onun ciblərində həmçinin sarımsaq marinadlı ançouslar və iki şokolad da tapılıb. Oğurlanmış məhsulların ümumi dəyəri 2834 bat (7 min rubldan çox) təşkil edib.

Hadisənin sonu isə sərt olub. Məhkəmə Konstantinə 10 min bat cərimə kəsib. Bundan sonra o, deportasiya həbsxanasına göndərilib, daha sonra isə ölkədən çıxarılaraq 99 il müddətinə Taylanda girişinə qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar

Ağdaşda tövlədən meyit  tapıldı

Ağdaşda tövlədən meyit tapıldı

28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS

"Meydan TV" işi üzrə daha bir HƏBS

28 avqust 2025 , 19:09
Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü  - VİDEO

Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO

28 avqust 2025 , 18:29
“Meydan TV”nin istintaqı yekunlaşdı

“Meydan TV”nin istintaqı yekunlaşdı

28 avqust 2025 , 17:56
Tiktoker “Miray”  saxlanıldı

Tiktoker “Miray” saxlanıldı

28 avqust 2025 , 17:05
Arvadını gizlicə meşədə basdırdı

Arvadını gizlicə meşədə basdırdı

28 avqust 2025 , 16:51
Azərbaycanda "A-frame" evlər  tikən biznesmen həbs olundu

Azərbaycanda "A-frame" evlər tikən biznesmen həbs olundu

28 avqust 2025 , 14:38
Sabirabadda AĞIR QƏZA:  1 ölü, 4 yaralı - YENİLƏNİB

Sabirabadda AĞIR QƏZA: 1 ölü, 4 yaralı - YENİLƏNİB

28 avqust 2025 , 14:14