Sabiq federasiya prezidenti dağlarda öldü
28 avqust 2025 15:09 (UTC +04:00)

Sabiq federasiya prezidenti dağlarda öldü

Kuban Alpinizm Federasiyasının sabiq prezidenti dağlarda həlak olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Kabardino-Balkariyada baş verən qaya uçqunu nəticəsində Krasnodar diyarı Alpinizm Federasiyasının sabiq prezidenti həlak olub.

Məlumata görə, avqustun 25-də iki kişi və bir qadından ibarət alpinist qrupu Jingi-Tau dağına yürüşə çıxıb. Avqustun 27-də isə onların üzərinə qaya parçaları düşüb. Federasiyaya rəhbərlik etmiş və 200-dən çox zirvəyə qalxmış Aleksandr Rastorquyev hadisə yerində dünyasını dəyişib.

Digər alpinist Yekaterina Fyodorova müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onunla birlikdə üçüncü iştirakçı da helikopter vasitəsilə ərazidən təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar