"Meydan TV" işi üzrə daha bir HƏBS
28 avqust 2025 19:09 (UTC +04:00)

"Meydan TV" işi üzrə daha bir HƏBS

Daha bir nəfər "Meydan TV" işi üzrə saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, foto-müxbir Əhməd Muxtar bu gün saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274

Oxşar yazılar