Üçqat Olimpiya çempionu olan isveçli üzgüçü Sara Şyöström oğlunu təcili yardım maşınında dünyaya gətirib.
Lent.az xəbər verir ki, doğuşdan bir neçə saat əvvəl idmançı Stokholm xəstəxanalarından birində olub, lakin həkimlər onu evə göndəriblər. Evdə sancılar başlayanda Şyöström doğum şöbəsinə zəng edib və ona təcili yardım maşını ilə xəstəxanaya getmək tövsiyə olunub.
“Xəstəxanaya yol sanki sonsuz görünürdü. Uşaq qəbul şöbəsinin qarşısında təcili yardım maşınında dünyaya gəldi. Bu, həm qorxulu, həm də sehrli bir an idi. Oğlum sağlam doğuldu”, — deyə Şyöström bildirib.
32 yaşlı İsveçli üzgüçü üç qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə altı Olimpiya medalı qazanıb. O, həmçinin 14 dəfə dünya çempionu olub.