Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü  - VİDEO
28 avqust 2025 18:29 (UTC +04:00)

Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO

0

Rusiyanın Orenburq vilayətində yarıçılpaq kişi polis şöbəsinə daxil olaraq əməkdaşlara hücum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 20-də, Orsk şəhərində baş verib. 

Bildirilir ki, şöbəyə soxulan idmançı sərxoş olub. O, polisi guya onu incidən nəsə etməkdə günahlandıraraq əməkdaşlardan birinə hücum edib. Daha sonra ikinci polis əməkdaşını da yerə yıxaraq şöbəni tərk edib.

Bir müddət sonra OMON dəstəsi aqressiv şəxsin evinə gedərək onu saxlayıb.

Ayılandan sonra kişi etdiyi hərəkətə görə üzr istəyib. Lakin bu, onu məsuliyyətdən xilas etməyib. Onun barəsində “Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi” maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2304

Oxşar yazılar