Ötən həftəsonu keçirilmiş 6 görüşdən 4-də heç-heçə qeydə alınıb. Azərbaycan Kubokunun son sahibi “Bakı” turu yenə xal itkisi ilə başa vurub. Paytaxtın eyniadlı klubu Zaqatalada “Simurq”a məğlubiyyətdən çətinliklə yaxa qurtarıb. Avropa Liqasında “pley-off” mərhələsinədək irəliləmiş “Qarabağ” AZAL-ın müqavimətini qıra bilməyib. “Gəncə” ənənəsinə sadiq qalaraq, bu dəfə “Turan”la heç-heçə edib. “Xəzər Lənkəran” isə qalmaqallı qarşılaşmada “Muğan”ı yenə bilməyib.
Yalnız “Neftçi” və “İnter” qalib gələ bilib. Flaqman MOİK-i darmadağın edərək, “Xəzər Lənkəran”ın xal itkisi ilə əlaqədar vahid liderliyə yüksəlib. 4 qoldan 2-sini vuran Bahodir Nasimov isə hesabındakı topların sayını 9-a çatdırıb və bombardirlər sırasında lider mövqeyini daha da gücləndirib. “İnter” isə səfərdə “Qəbələ”ni məğlub edib.
Hesabat turu hakim qalmaqalları ilə də gündəmə gəlib. “Muğan” – “Xəzər Lənkəran” matçında baş hakim Anar Salmanovun, “Simurq” – “Bakı” görüşündə isə referi Əfqan Həmzəyevdən qonaqlar narazı qalıblar.
18 sentyabr (şənbə)
“Muğan” (Salyan) – “Xəzər Lənkəran” – 0:0
“Gəncə” – “Turan” (Tovuz) – 1:1
İbrahim Hüseynov, 86 – Şalva Pirtsxalava, 63 - penalti ilə
Qırmızı vərəqə: Romuald Onana, 80 (“Turan”)
MOİK (Bakı) – “Neftçi” (Bakı) – 0:4
Fərid Quliyev, 24. Bahodir Nasimov, 64; 70. Cavid Hüseynov, 90+1
19 sentyabr (bazar)
“Qəbələ” – “İnter” (Bakı) – 0:1
Rövşən Əmiraslanov, 35
“Simurq” (Zaqatala) – “Bakı” – 1:1
Baçana Tsxadadze, 34 – Vyaçeslav Sofroni, 77
“Qarabağ” (Ağdam) – AZAL (Bakı) – 0:0
S | Komandalar | O | Q | H | M | T | X |
1. | Neftçi | 6 | 5 | 1 | 0 | 14-1 | 16 |
2. | Xəzər Lənkəran | 6 | 4 | 2 | 0 | 7-0 | 14 |
3. | İnter | 6 | 4 | 1 | 1 | 6-2 | 13 |
4. | AZAL | 6 | 3 | 2 | 1 | 7-5 | 11 |
5. | Muğan | 6 | 1 | 3 | 2 | 5-6 | 6 |
6. | Qarabağ | 4 | 1 | 2 | 1 | 2-2 | 5 |
7. | Bakı | 5 | 1 | 2 | 2 | 6-7 | 5 |
8. | Gəncə | 5 | 0 | 5 | 0 | 5-5 | 5 |
9. | Qəbələ | 6 | 1 | 1 | 4 | 2-6 | 4 |
10. | MOİK | 6 | 1 | 1 | 4 | 3-11 | 4 |
11. | Turan | 6 | 0 | 3 | 3 | 4-9 | 3 |
12. | Simurq | 6 | 0 | 3 | 3 | 5-12 | 3 |
Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 9, Qvidas Yuşka (AZAL) - 4 qol.