“Karvan”dan qovulan futbolçu: “Maaşımızı gecə saat 12-də verdilər”
Yevlaxın “Karvan” klubunun qapıçısı Vitali Kovalyovun apasport.az saytına müsahibəsi
- “Karvan”ın sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Muğan”la Yevlaxda oyunu olsa da, bildiyimizə görə, artıq komandanın sıralarında deyilsiniz...
- Doğrudur. Hazırda Bakıdayam, ailəmlə birgə istirahət edirəm. Klub rəhbərliyi 3 futbolçunu komandadan kənarlaşdırıb. Bunlar mənimlə yanaşı, Ruslan Qafitullin və Kamal Quliyevdir.
- Sizinlə bağlı belə qərar çıxarılmasına səbəb nədir?
- Sadəcə, rəhbərlik dedi ki, bu futbolçular Yevlaxa qayıtmasınlar. Bunu Bakıda olduğumuz zaman çağırıb, bildirdilər.
- Belə çıxır ki, son turda Tovuzda “Turan”a 0:4 hesablı məğlubiyyətdə məhz sizi günahlandırırlar.
- Elə alınır da. Rəhbərlik bizi daha komandada görmək istəmir. Əslində, mənim özümə də səbəb maraqlı idi və bunu soruşdum. Lakin konkret səbəb göstərmədilər. Haqqımızda belə qərarın çıxarılmasına konkret izah vermədilər. Ancaq mən bilirəm ki, bunun iki səbəbi var.
- Bunlar hansılardır?
- Birincisi, klub rəhbərliyi etdiyimiz jestə görə bizdən inciyib. “Yevlax” rəsmiləri mətbuatda maliyyə problemlərinin olmadığını, futbolçuların məvaciblərinin hamısını verdiklərini bəyan etmişdilər. Həmin vaxt biz 3 futbolçu əşyalarımızı yığıb, getmək fikrində idik. Rəhbərlik də istəmirdi ki, səs-küy qaldıraq. “Turan”la oyundan öncə iki aylıq maaşımızı verdilər.
- Hansı ayların maaşlarını?
- Fevral və mart aylarının. Özü də bilirsiniz, əməkhaqqımızı nə vaxt verdilər - gecə saat 12-də. Bu, “Turan”la oyuna bir gün qalmış idi. Səhər oyuna çıxdıq və 0:4 hesabı ilə uduzduq. Bundan sonra rəhbərlik verdiyi pulu əlimizdən aldı. Dedilər ki, nə vaxt qələbə qazanarsınız, onda da qaytararıq.
- Bəs ikinci səbəb nədir?
- İkinci səbəb də odur ki, pul vermək istəmirlər. Məgər bizim məvacibimiz elə də böyükdür?
- Əməkhaqqınız nə qədər idi ki?
- Konkret məbləği açıqlamaq istəmirəm. Bu, elə də böyük məbləğ deyildi. Bir də ki, mən gecə saat 12-də verilən pulu necə xərcləyə bilərdim? Onu heç ailəmə göndərə bilmədim.
- Baş məşqçiniz Yunis Hüseynov “Turan”a ağır məğlubiyyətdən sonra bildirib ki, komandanın təcrübəli oyunçuları çıxış etməsələr, futbolla qurtarsalar, daha yaxşı olardı...
- Ola bilsin ki, hirslənib, belə deyib. Əslində, futbolçunun nə vaxt futbolla qurtarmasına özündən başqa kimsə qərar verə bilməz. Nə qədər oynayacağımı, nə zamandan futboldan gedəcəyimi mən özüm deyə bilərəm. Bir məğlubiyyətə görə hansısa futbolçuları günahlandırmaq düzgün deyil. Komandada ciddi problemlər olsa da, bunlar həll olunmayaraq, üstə-üstə yığılırdı. Sonda da belə vəziyyət yaranırdı. Günahı kiminsə üzərinə atmaq ən asan yoldur. Mən özümdə günah görürəm və hamıda belə etməlidir. “Karvan” belə vəziyyətə düşübsə, ən sıravi şəxsindən, ehtiyatda oturan futbolçusundan tutmuş rəhbərliyə qədər hamının günahı var. Özü də buraxılan səhvlər mərhələli xarakter daşıyırdı. 0:4 hesabı ilə uduzmuşuqsa, bunda bütün komanda üzvləri məsuliyyət daşıyır. Yoxsa “qapıçı bu topu tutmadı, hücumçu qolu vurmadı” deyib, günahı konkret kiminsə üzərinə atmaq doğru deyil. Baş məşqçi futbolçu haqda belə şey deməkdənsə, yaranan vəziyyətin əsl səbəblərini göstərməlidir.
- Yunis Hüseynov sizin üçünüzü də yaxşı tanıyır. Belə ki, Bakının “Standard” klubunda da onun rəhbərliyi altında oynamısınz, sonra isə “Karvan”a onun yanına gəlmisiniz. Belə olan halda, məhz sizinlə bağlı belə qərar çıxarılmasını necə qarşıladınız?
- Yunis Hüseynovla bağlı nə fikrim varsa, bu, özümdə qalsın. Bunu mətbuata yox, onun özünə deməyi daha düzgün sayıram. “Karvan”dan artıq bir dəfə - qış fasiləsində kənarlaşdırılmışdım. Bütün bu, baş verənlərdən özüm üçün bir nəticə çıxardım. Bu, mənim üçün yaxşı dərs oldu.
- Yeri gəlmişkən, ilk dövrə başa çatdıqdan sonra Ruslan Qafitullinlə birgə kənarlaşdırılsanız da, az sonra, ikinci dövrəyə hazırlığa başlayan zamanı hər ikiniz geri qaytarıldınız. Həmin vaxt problem nə idi?
- Məsələnin rəsmi tərəfi belə idi ki, bizim oyunumuzdan narazı qalmışdılar. Ancaq qeyri-rəsmi başqa məqamlar var idi. Müxtəlif əsassız şayiələr yayılmışdı. Guya, danışılmış oyunlarda iştirak etmişəm, adım futboldan kənar xoşagəlməz məqamlarda hallanırdı. Təbii ki, bütün bunların hamısı doğru deyildi.
- Qışda “Karvan”a qayıtdığınıza görə indi peşmançılıq hissi keçirmisiniz?
- Əgər baş məşqçi sənin yanına gəlib, səhv etdiyini deyirsə, günahını etiraf edirsə, futbolçu istər-istəməz ona bir daha şans vermək haqda düşünür. Mən də belə etdim. Halbuki, həmin vaxt digər variantlar var idi. Amma Yunis Hüseynov gəlib məndən üzr istədi, mən də bir insan kimi onu başa düşüb, “Karvan”a qayıtdım. Hər halda, həyatda insani xüsusiyyətlər daha vacibdir.
- “Karvan”la müqaviləniz cari mövsümün sonunda bitir?
- Bəli.
- Bundan sonra gələcək karyeranızla bağlı nə düşünürsünüz?
- Hələ ki heç bir klubdan təklif almışam. Yəqin ki, yeni variantlar olacaq və bunu nəzərdən keçirib, qərar verəcəyəm. Çıxış edəcəyim klubun paytaxtı, yoxsa əyaləti təmsil etməsinin fərinə varmıram. Ola bilsin ki, yenə bölgə təmsilçisində oynadım.

2197