Qalmaqallı futbolçuya daha bir cəza
08 aprel 2009 10:00 (UTC +04:00)

Qalmaqallı futbolçuya daha bir cəza

“Olimpik” klubu Mahir Şükürovu əvəzedici komandaya göndərdi

Bakının “Olimpik” klubunun rəhbərliyi müdafiəçi Mahir Şükürovu cəzalandırıb. Bu haqda Lent.az-a klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, bu gün keçirilən klubdaxili iclasda Azərbaycan milli komandasının müdafiəçisi barədə ölçü götürülməsi barədə qərar verilib. Şükürovun “Bakı” ilə Azərbaycan Premyer Liqasının XX tur matçında ədalətli oyun qaydalarına və nizam-intizama əməl etməməsi “Olimpik” rəhbərliyinin kəskin narazılığına səbəb olub. Baş məşqçi Əsgər Abdullayevin istəyilə Şükürov bir neçə oyunluq əvəzedici komandaya keçirilib. Bununla yanaşı, 27 yaşlı müdafiəçi müəyyən miqdarda cərimə edilib.

Qeyd edək ki, “Bakı” ilə qarşılaşmanın 19-cu dəqiqəsində Mahir Şükürova göstərilən sarı vərəqə AFFA İntizam Komitəsinin qərarına əsasən, qırmızı vərəqə ilə əvəzlənib. Futbolçunun özü 2 oyunluq cəzalandırılıb, “Olimpik” isə 2000 manat cərimə olunub. 51-ci dəqiqədə isə “Olimpik”in futbolçusu Junivan Suares “Bakı”nın cərimə meydançasında yerə yıxılıb. Bunu görən “Bakı”nın futbolçuları topu auta atıblar. “Olimpik” və milli komandamızın müdafiəçisi Mahir Şükürov isə topu “Bakı”ya qaytarmaq əvəzinə hücuma başlayıb. Onun ötürdüyü topu Junivan Suares qapıdan keçirib. Sonrakı dəqiqələrdə “Olimpik” daha bir dəfə fərqlənib və “Bakı”nı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1795

Oxşar yazılar

Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44