“10 min manat uduzduğum gecə özümə yer tapa bilmirdim”
Totalizator oyunları XXI əsrin yeni bəlasına çevrilir
- “Barselona” bu gün “diri” 2 gələcək.
- Yox, inanmıram. Axır vaxtlar, onlar yaman fırladırlar.
- Ancaq “Milan”a 0-1 atacağam.
- “Qalatasaray”a “bolşe” ver, arxayın ol, yüz faiz gələcək.
- Bəs, “Mançester Yunayted”i nə görürsən?
- “Diri” 1!
...Bu, Bakıda və əyalətlərdə fəaliyyət göstərən bukmeyker kontorlarındakı ənənəvi söhbətlərdir. Belə məkanların xarakterik cəhətləri bunlardır: siqaret tüstüsünün yaratdığı duman, qızğın mübahisələr, müxtəlif proqnozlar, sonsuz həyəcanlar, böyük ümidlər... Xüsusilə də, həftəsonu kontorlara on minlərlə insan axışır, intuisiyalarını işə salır, asan pul qazanmaq eşqi ilə alışıb-yanırlar.
İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları Azərbaycana bir neçə il öncə ayaq açıb. Tədricən inkişaf edən bu sahə artıq şəbəkə formasındadır. Kənar şəxslərə bu şəbəkədə yer yoxdur. Bunu hamı bilir.
Hamı bir də onu bilir ki, bu oyunlar Azərbaycanda leqal deyil. Bu sahədə fəaliyyət göstərən istənilən kəs hər zaman cinayət məsuliyyətinə cəlb oluna, inzibati qaydada cərimələnə bilər. Hüquq-mühafizə orqanları xəbər tutanda cərimələnənlər də olur.
Əvvəlcə, totalizator oyununun mahiyyətinə toxunaq. Totalizator oynamaq idman qarşılaşmalarına pul qoymaq anlamına gəlir. Yəni, oyunun necə nəticələnəcəyini qabaqdan təxmin edirik və bunu xüsusi işarələrlə göstəririk. Bukmeyker kontorlarında proqnozu ifadə edən əsas işarələr aşağıdakılardır:
2 – ev sahibinin qələbəsi
1 – heç-heçə
0 – qonaqların qələbəsi
yuxarı (“bolşe”) - oyunda 3 qoldan, bəzi hallarda 4 qoldan çox vurulacaq
aşağı (“menşe”) - oyunda 3 qoldan, bəzi hallarda 4 qoldan az vurulacaq
NG – tərəflərdən yalnız biri və ya heç biri qol vura bilməyəcək
GG – tərəflərin hər ikisi qol vuracaq
Eyni zamanda, başqa cür proqnozlar da vermək mümkündür. Məsələn, ilk qola hansı futbolçu imza atacaq, birinci hissədə neçə qol vurulacaq, oyunda neçə sarı vərəqə, qırmızı vərəqə, künc zərbəsi, aut olacaq. Hətta oyuna hansı komandanın başlayacağını da proqnozlaşdırmaq mümkündür. Futbolla yanaşı, tennis, voleybol, həndbol, basketbol, boks, hokkey, atletika, şahmat, güləş, at yarışları, cüdo və digər növlərə pul qoyuluşları qəbul olunur.
Araşdırmalara əsasən deyə bilərik ki, ölkəmizdə ən böyük bukmeyker kontoru Bərdə rayonunda yerləşir. Bərdədəki kontor mərkəz sayılır. Ölkənin müxtəlif bölgələrində yığılan pul qoyuluşları toplanaraq, həmin kontora ötürülür. Bakı üzrə ən nəhəng kontor isə Bakıxanov qəsəbəsindədir. Kiçik kontorlarda bir qayda olaraq futbola, Bərdə, Bakıxanov qəsəbəsindəki kimi kontorlarda isə başqa növlərə də proqnoz verməyə imkan var.
Amma totalizator oyunları həmişə pul, kef və yüksək əhval-ruhiyyə gətirmir. Bu oyunların böyük faciələrə səbəb olduğu, evini, mülkünü, maşınını itirənlər, böyük pul faizləri altına girənlərin varlığı da bir reallıqdır. Xüsusilə, gənclərin həvəs göstərdiyi bu oyunlara pul qoyuluşu edənlər daima əsəb gərginliyi içində olur, həyəcan keçirirlər. Totalizator oyunları çox şirnikləşdiricidir. Hərçənd, hər şeyin öz əlində olduğunu düşünürsən. Uğuru, asan yolla pul qazanmağı bir addımlıqda görənlər asanlıqla bu “xəstəliy”ə yoluxurlar. Çünki burada məhdudiyyət yox dərəcəsindədir. İstədiyin sayda oyun seç, istədiyin proqnozu ver, istədiyin məbləğdə pul qoyuluşu et. Gördüyünüz kimi, hər şey sizin arzularınızın boyuna biçilib. Lakin proqnozlar nəinki özünü doğruldur, əksər hallarda alt-üst olur. Axı, Avropanın bəzi klubları totalizator oyunlarına qoşulanları məyus etmək üzrə, necə deyərlər, artıq “ixtisaslaşıblar”.
Dünyanın ən güclü bukmeyker kontorlarının - “Gamebookers”, “Bwin”, “William Hill”, “Marathonbet”in öz şərikləri var. Onlar klublarla əlbir işləyərək, lazım olan vaxtda qarşılaşmanın nəticəsini istəklərinə uyğun tənzimləyirlər. Bu isə bir çoxlarının bədbəxtçiliyinə səbəb olur.
Təsadüfi deyil ki, bəzi klublar “oyun fırladan” imicini qazanıblar - “Milan”, “Qalatasaray”, “Fənərbaxça”, “Bavariya” və s. Üstəlik, Sinqapurda 6 futbolçunun həbsi, Almaniyada hakimin məsuliyyətə cəlb olunması, Rumıniyada ÇFR, Portuqaliyada “Portu” klubları barədə uzun-uzadı sorğu-sualların aparılması dediklərimizə əyani sübutdur.
Azərbaycanın bukmeyker kontorlarında milyon dollarla pul dövr edir. Bəzən kimlərsə avtomobilini, evini və ya 100 min manat nağd pul qoyuluşu etməkdən belə çəkinmirlər. Bu risklər onlara heç də həmişə sevinc gətirmir. Ətrafımızda avtomobilini, evini, bütün varidatını uduzanları görmək çətin deyil. Totalizator oyununa demək olar, cəmiyyətin hər təbəqəsinin nümayəndələri qatılır: şagird, tələbə, həkim, müəllim, sürücü, alverçi, vəzifə sahibi...
Adının çəkilməsini istəməyən bir şəxsin külli miqdarda pulu məhz totalizator oyununun qurbanı olub: “Mən “stavka” verməyə az məbləğlə başlamışdım. 3-5 manat atıb, aradabir udurdum, uduzduğum günlər isə daha çox idi. Bilirdim ki, böyük məbləğ itirmirəm. Ona görə də, yenə kontorlara gedir, həvəslə oyunlara pul qoyurdum. Tədricən bu həvəs qızğın ehtirasa çevrildi. Bir dəfə 2 min manatlıq “stavka” verdim və uduzdum. Həmin an özümü çox pis hiss edirdim. Düzdür, 2-3 gündən sonra uduzduqlarımın bir hissəsini geri qaytardım. Ancaq daxilimdə yenə də yanıb-yaxılırdım”. Qisas hissi həmsöhbətimizi daha böyük fəlakətə sürükləyib: “Qumar elə bir şeydir ki, uduzanda, gözünə heç nə görünmür. Yalnız bir məqam haqqında düşünürsən: uduzduqlarını geri qaytarmaq. Elə buna görə 2 min manat itirdiyimin üstündən təxminən bir ay keçdikdən sonra bu dəfə 10 min manat pul qoyuluşu etdim. Bu varianta o qədər inanırdım ki! Ağlıma gətirmirdim ki, bu dəfə də uduza bilərəm. Variantım gəlmədi. O gecə özümə yer tapa bilmirdim. Bir də pul qoyuluşu etməyəcəyimə söz verdim. İndi yenə 3-5 manat atıram. Açığı, “stavka” verməyi birdəfəlik tullamaq istəyirəm, ancaq bacarmıram”.
Buna oxşar misallar saysız-hesabsızdır...
Uzağa getməyək, qonşu Türkiyədə fahişəxanalar kimi, bukmeyker kontorları da leqallaşıb. İndi bu ölkənin əhalisi tam sərbəst, qorxusuz-hürküsüz pul qoyuluşu edir. Maraqlıdır ki, Türkiyədə bukmeyker kontoru açmaq üçün əsas vacib şərtlərdən biri ofislər arasında ən azı 250 metr məsafə olmadır...
Azərbaycanda da dövlət orqanları totalizator oyunlarının rəsmiləşdirilməsi istiqamətində fəaliyyətə başlayıb. AFFA prezidenti Rövnəq Abdullayev dəfələrlə bu mövzuya toxunub. Onun bu günlərdə verdiyi açıqlama isə çox sərt idi: “Azərbaycanın hər yerində, xüsusilə Bakıda, Gəncədə, Sumqayıtda və Lənkəranda qeyri-rəsmi futbol totalizatorları geniş fəaliyyətdədir. “Qara bazar”da totalizator işləyir və bu gəlir işbazların cibinə axır. Nəticədə qazanılan pul idmanın, futbolun inkişafına xərclənmir”. Bildirilir ki, totalizator oyunlarının rəsmiləşdirilməsi üçün tezliklə qanun layihəsi hazırlanıb, Milli Məclisə təqdim olunacaq...

2205