Futbol üzrə Çempionlar Liqasının formatı dəyişdirildi
Gələn mövsüm qadınlardan ibarət futbol klubları arasında ilk dəfə Çempionlar Liqası təşkil olunacaq.
Lent.az-ın məlumatına görə, bu turnir 2001-2002-ci il mövsümündən mövcud olan qadınlar arasında UEFA kubokunu əvəzləyəcək.
Yeni kubok uğrunda mübarizəyə əvvəlki kimi, Avropanın ən yaxşı klubları qatılacaq. Lakin iştirakçıların sayı çoxalacaq. Final isə bir oyundan ibarət olacaq və Çempionlar Liqasının həlledici görüşündən iki gün öncə eyni şəhərdə təşkil olunacaq. Bu qərar turnirin nüfuzunu artırmaq məqsədilə qəbul edilib.
Digər yenilik isə budur ki, ən yüksək reytinqli 8 assosiasiya yarışa iki komanda – ölkə çempionu və gümüş mükafatçını sifariş edə bilər. 2003-2004 – 2007-2008 mövsümlərində uğurlu çıxışlarına əsasən, Almaniya, İsveç, İngiltərə, Fransa, Danimarka, Rusiya, Norveç və İtaliya bu hüquqa yiyələnib. Qalan ölkələr, o cümlədən Azərbaycan Çempionlar Liqasında bir klubla təmsil olunacaq. Turnirin sonuncu qalibi isə növbəti mövsümdə də yarışda iştirak hüququna sahib çıxacaq. Bu zaman həmin klubun təmsil olunduğu ölkənin Çempionlar Liqasına neçə komanda ilə qatıldığı nəzərə alınmayacaq.
Mübarizəyə 30 iyul - 4 avqustda keçiriləcək seçmə mərhələ ilə başlanılacaq. Bu mərhələdə 8 ən güclü ölkənin gümüş mükafatçıları ilə nisbətən aşağı reytinqli ölkələrin çempionları arasında bir neçə mini-turnir baş tutacaq. Yüksək nəticələr göstərən klublar 1/16 finalda daha güclü ölkələrin çempionlarına qoşulacaqlar. Bu mərhələdən etibarən finaladək ev-səfər prinsipi və olimpiya sistemi üzrə cütlüklər formasında görüşlər təşkil olunacaq. Nəticədə həlledici görüşün iştirakçıları müəyyənləşəcək. Final matçı bir oyundan ibarət olacaq.
Hər bir ölkədən Çempionlar Liqasında iştirak edəcək komanda iyunda məlum olacaq.

Oxşar yazılar

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır
24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı
24 may 2025 , 14:49
"Barselona" onu satır
24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu
24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi
24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da
24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu oldu
24 may 2025 , 01:03